Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Serbiya rusiyayönlü millətçilərin düşərgəsini bağlayır


Zlatibor hərbi-vətənpərvərlik düşərgəsi
Zlatibor hərbi-vətənpərvərlik düşərgəsi

Serbiya polisi rus və serb ifrat millətçilərinin ölkənin dağlıq qərbində qurduğu hərbisayağı düşərgəni bağlayıb.

Hakimiyyət orqanları bildiriblər ki, Zlatibor dağındakı yay düşərgəsində 12 yaşlı yeniyetmələrdən tutmuş 23 yaşınadək gənclər yaşayırdı. Rusiya və Serbiya təlimatçıları onlara silahdan və bıçaqdan istifadəni öyrədirdilər.

Ümumilikdə Zlatibor 2018 Vətənpərvər Gənclik Düşərgəsində 34 kişi və 10 qadın vardı. Onlar Serbiyadan, Monteneqrodan və Bosniya-Herseqovinadan idilər.

Serbiyanın daxili işlər naziri Nebojsa Stefanovic avqustun 17-də deyib ki, düşərgə “uşaqlara qarşı mümkün təcavüzə” görə bağlanıb və iştirakçılar evlərinə yola salınıb.

Serbiya prezisdenti Aleksandar Vucic deyib ki, Belqrad “hərbi geyimli uşaqlara” vuruşmağı öyrədən belə düşərgələrin öz ərazisində olmasına dözməyəcək.

Serbiyanın Müdafiə Nazirliyi bu düşərgənin yaradılmasında iştirak etmədiyini bəyan edib.

Düşərgənin təsisçisi, Keçmiş Yuqoslaviya Ərazisində Silahlı Münaqişələrin İştirakçıları Assosiasiyasının sədri, müharibə veteranı Zeljko Vukelic AzadlıqRadiosuna deyib ki, düşərgədə yalnız təlim təyinantlı plastik silah maketlərindən istifadə olunurdu.

Vukelic bunu da deyib ki, Vətənpərvər Gənclik düşərgəsi Serbiyadakı Rusiya səfirliyindən dəstək alırdı və Rusiyanın hərbi attaşesi ora baş çəkmişdi.

Bu düşərgənin həmtəsisçisi Rusiyanın ifrat millətçi RNOT Corp qrupu idi.

Aprel ayında 30-dək serb yeniyetmə buna bənzər hərbi təlim almaq üçün ENOT-un Ruysiyada təşkil etdiyi düşərgəyə gəlmişdi.

ENOT-un liderlərindən Valery Sambarov AzadlqıRadiosuna deyib ki, onların məqsədi gənclərə “əsl kişi olmağı və onlara ölkələrini qorumağı öyrətməkdir”.

Belə düşərgələr Rusiyada 2015-ci ildən yayılımağa başlasyıb. O vaxt Kreml gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün onların belə düşərgələrə göndərilməsinə çağırmışdı.

Serbiya isə özünün Avropa İttifaqına qoşulmaq niyyətini bəyan edib. Rusiya Belqradı bu niyyətindən daşındırmaq üçün ona təzyiq göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG