Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:19

Serbiya prezidenti Moskvanı casusluqda ittiham edir


Aleksandar Vucic
Aleksandar Vucic

Serbiya prezidenti Aleksandar Vucic Milli Təhlükəsizlik Şurasının noyabrın 21-də televiziya ilə canlı yayınlanan müşavirəsində deyib ki, onun ölkəsinin kəşfiyyat xidmətləri Rusiya casusları ilə Serbiya hərbiyyəsinin keçmiş və hazırkı üzvlərinin birgə keçirdikləri genişmiqyaslı kəşfiyyat əməliyyatınının üstünü açıb.

Bu müşavirə YouTube kanalında bir videonun dərc edilməsinin ardınca çağırılmışdı.

Həmin videoda Rusiyanın Belqraddakı hərbi attaşesinin keçmiş müavini polkovnik-leytenant Georgy Klebanın Serbiya paytaxtında bir nəfərə pul ötürdüyü görüntülənmişdi.

Vucic deyib ki, pulu alan Serbiya silahlı qüvvələrindən təqaüdə çıxmış ordu zabiti olub. Prezident onu şərti olaraq Z.K. adlandırıb.

Vucic bu iki nəfər arasında görüşün ötən dekabrda baş verdiyini bildirib. O videonun kim tərəfindən çəkildiyini də deməyib, lakin bildirib ki, videonu Serbiya xəfiyyələri çəkməyiblər.

Vucic bəyan edib ki, Serbiya kəşfiyyatında başqa Rusiya casuslarına dair də sübutlar var.

O bildirib ki, “üç mənbə arasında 10 təmas” qeydə alınıb.

Serbiya prezidenti bunu da iddia edib ki, bəzi Qərb dövlətlərinin hərbçiləri də Serbiyada casus fəaliyyəti ilə məşğuldur.

Vucic soruşur: “Niyə?”

Serbiya Avropa İttifaqı üzvlüyünə can atsa da, Moskva ilə yaxın münasibətlərə malikdir. Başqa Balkan ölkələrinin NATO-ya qoşulmasına rəğmən Serbiya neytral qalacağını vəd edib.

Üstəlik Belqrad Qərbin Ukraynaya görə Rusiya üzərinə elan etdiyi sanksiyalara da qoşulmayıb.

Vucic bunu da deyib ki, sözü gedən insident nadir hadisələrdən biridir və Serbiya ilə Rusiya arasındakı münasibətlərə ziyan vurmayacaq:

"Biz ölkəmizə dost və qardaş olan Rusiyaya münasibətdə siyasətimizi dəyişməyəcəyik, lakin bununla yanaşı kəşfiyyat müdafiəmizi də gücləndirəcəyik”.

Təhlükəsizlik müşavirəsindən əvvəl Vucic Rusiyanın Belqraddakı səfiri Aleksandr Bocan Harchenko ilə görüşmüşdü.

O demişdi ki, Serbiyanın “bizim rusiyalı dostlarımıza” bircə sualı var:

“Belqradın Ukraynaya görə Rusiyaya sanksiyalar elan etməməsini və bizim Rusiyanın əleyhinə səs verməməyimizi nəzərə alaraq soruşuruam: Niyə?”

Vucic dekabrın 4-də Moskvaya səfər etməlidir.

XS
SM
MD
LG