Serbiya prezidenti Aleksandar Vucic iki ölkə arasında artmaqda olan gərginlik əsnasında Kosovo lideri Hashim Thaci ilə üzbəüz görüşdən imtina edib.
Serbiya və Kosovo arasında ərazi dəyişdirilməsinə dair söz-söhbətdən sonra onların sentyabrın 7-də Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini-nin vasitəçiliyi ilə Brüsseldə görüşü planlaşdırılmışdı.
Vucic-in sözçüsü onun təbrincə deyilsə, bu görüşün Kosovo tərəfinin “yalanlarına, aldatma və hədələrinə” görə baş tutmadığını deyib. Nəticədə iki prezident Mogherini ilə ayrı-ayrılıqda görüşüblər.
Thaci Mogherini ilə görüşdən sonra deyib ki, “biz irəliyə doğru hərəkət etdikcə, işlər çətinləşir və iki tərəf arasında fikir ixtilafı böyüyür”.
Avqust ayında iki ölkə arasında ərazi dəyişdirilməsinə dair təklif ortaya qoyulandan bəri bu Belqrad və Priştina arasında ilk görüş olmalı idi.
Danışıqlardan əvvəl Thaci demişdi o etnik albanların çoxluq təşkil etdiyi Presevo vadisinin Kosovoya birləşdirilməsi ideyasını bəyənir.
Belə bir razılaşma əldə edilərsə, Kosovo və Serbiya araslında 430 kilometr uzunluğunda demarkasiya xətti müəyyənləşdirilməli, əvəzində serb çoxluğuna malik Mitrovitsa şəhərinin ətrafı Serbiyaya birləşdirilməli idi.
Lakin hər iki ölkədə millətçi qüvvələr torpaq dəyiş-düyüşü ideyasına qarşı çıxırlar.
İki ölkə arasındakı hazırkı gərginlik Vucic-in sentyabrın 9-da Kosovonun şimalındakı Qazivoda gölü rayonuna planlaşdırılan səfərinə görə yaranıb. Bu ərazidə etnik serblər yaşayır.
Brüsseldə keçirilən danışıqlardan sonra Mogherini deyib ki, “bütün məsələlər” danışıqlar masasının üzərindədir.
O bildirib ki, hər iki prezidetntin danışəqlar prosesinin davam etdirilməsinə tərəfdar olduğuna inanır. Mogherini əlavə edib ki, iki ölkə arasında mövcud olan ərazi problemi qarşıdan gələn aylarda həllini tapacaq.
Mogherini bildirib ki, tərəflər arasında növbəti danışıqlar sentyabrın sonlarında, BMT Baş Assambleyasından əvvəl yer alacaq.