Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

Serbiya Kosovo idmançılarını boykot etməyə çağırır


Kosovo idmançısı Majliinda Kelmendi
Kosovo idmançısı Majliinda Kelmendi

-

Serbiyanın idman naziri Vanja Udovicic bildirib ki, pyedestalı "boykot etmək" tapşırığı "tövsiyə" xarakteri daşıyır və son qərarı idmançıların özü verəcək.

İddiaya görə, Serbiya rəsmiləri ölkəni olimpiya oyunlarında təmsil edən idmançılara mükafatlandırma pyedestalını kosovolularla paylaşmamağı tapşırıb.

Belə tapşırığın olimpiya ideallarıyla haçalandığını kimsə danmasa da, bu, həm də Serbiya idmançılarının əməl etməyə çətinlik çəkməyəcəyi bir əmrdir.

Buna da bax: Voleybol 'ölüm ayağındadı'

Kosovo ilk dəfə qatılır

Kosovo 2008-ci ildə müstəqillik əldə etməsindən bəri ilk dəfədir ki, olimpiya oyunlarına qatılır.

Avqustun 7-də cüdoçu Majilinda Kelmendi 52 kiloqram çəki dərəcəsində çempion olaraq, ölkəsinə ilk olimpiya medalını qazandırıb. Ancaq həmin yarışa Serbiya idmançıları qatlmamışdı.

Rio Olimpiadasında Kosovonu təmsil edən digər 7 idmançıdan yalnız ikisi Serbiya idmançıları ilə eyni yarışlara qatılıb.

Biri velosiped, digəri atıcılıq yarışının hər ikisi şənbə günü baş tutub. Bu

yarışlarda nə serbiyalı, nə də kosovolu idmançılar medala yaxın düşə biliblər.

Serbiya naziri bildirib ki…

Serbiyanın idman naziri Vanja Udovicic bildirib ki, pyedestalı "boykot etmək" tapşırığı "tövsiyə" xarakteri daşıyır və son qərarı idmançıların özü verəcək. Udovicic-in sözlərinə görə, bu, "qəliz" məsələdir və Serbiya hökuməti Kosovonu rəsmən müstəqil dövlət kimi tanımayıb.

Serbiyanın özünün də olimpiya oyunlarında iştirakı yetərincə mürəkkəb olub. Olimpiya oyunlarına ilk dəfə 1912-ci ildə "Serbiya Krallığı" adıyla qatılmış bu ölkə 1920-ci ildən sonra oyunlarda "Yuqoslaviya" kimi qatılıb. 1992-ci ildəki Qış Olimpiya Oyunları bu ölkənin Yuqoslaviya bayrağı altında iştirak etdiyi sonuncu olimpiada olub. Həmin ilin Yay Olimpiya Oyunlarında isə Serbiya artıq müstəqil ölkə kimi çıxış edib. 1996-2008-ci illər arasında bu ölkə yarışlara "Serbiya və Monteneqro" adıyla qatılıb.

Dörd fərqli bayraq?

Ölkəni 7 dəfə olimpiya oyunlarında təmsil etmiş atıcı Jasna Sekaric öz olimpiya karyerası boyunca 4 fərqli bayraq altında çıxış edib.

2014-cü ildə Kosovonun Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) tamhüquqlu üzvlük məsələsinə Serbiya rəsmiləri kəskin etirazlarını bildirmişdilər. Onlar BOK-u siyasi qərar qəbul etməklə öz xartiyasını pozmaqda suçlamışdılar. Serbiya Olimpiya Komitəsinin prezidenti Vlade Divac bu qərardan məmnun olmadığını, ancaq idmançıların maraqları naminə onu qəbul edəcəyini söyləmişdi.

Kosovo hələ də BOK üzvü deyil

BOK üzvlüyü, adətən, dövləti BMT rəsmi tanıyandan sonra baş tutsa da, həmişə belə olmur. Kosovonu indi BMT-nin 193 üzvündən 109-u, o sıradan ABŞ tanısa da, hələ də bu qurumun üzvü deyil.

Serbiya builki olimpiya oyunlarında 103 idmançı ilə təmsil olunur. Onların arasında qızıl medala iddialı güclü idmançılar da var. Yüksək reytinqli tennisçi Novak Djokovic bu olimpiadada karyerasının ilk qızıl medalını qazana bilər. Kişilərin su polosu və basketbol komandalarının da medal əldə edəcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG