Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Serbiya Kosovonun müstəqilliyinin tanınması məsələsində susur


Serbiya prezidenti Aleksandar Vucic
Serbiya prezidenti Aleksandar Vucic

Serbiya hökuməti Kosovonun mütəqillyinin tanınmasının, Belqradın Avropa İttifaqına üzv olması üçün şərt olduğu barədə Almaniyanın xəbərdarlığına rəsmi reaksiya verməyib.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel fevralın 14-də Kosovonun baş naziri Ramuş Haradinajla birlikdə keçiridiyi mətbuat konfransında demişdi ki, “Serbiya Avropa İttifaqına doğru hərəkət etmək istəyirsə, qanunun alililiyi və əlbəttə, Kosovonun müstəqilliyinin tanınması ilkin şərtdir”.

Gabriel əlavə etmişdi ki, “bu, Avropaya gedən çığırın mərkəzi şərtidir”.

Almaniya xarici işlər naziri bu barədə rəsmi mesajını fevralın 14-də Belqradda Serbiya rəsmilərinə verdiyini xatırladıb.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel (solda) və Kosovonun baş naziri Ramuş Haradinaj Priştinada görüşüblər
Almaniyanın xarici işlər naziri Sigmar Gabriel (solda) və Kosovonun baş naziri Ramuş Haradinaj Priştinada görüşüblər

Serbiya milli günündə çıxış edən edən prezident Aleksandar Vucic Gabriel-in bəyanatına heç bir şərh verməyib.

Serbiyanın bir hissəsi olan Kosovo müstəqilliyini 10 il əvvəl elan edib və fevralın 17-də bu hadisənin 10 illiyini qeyd edəcək.

Belqrad Kosovonun müstəqillyini heç vaxt tanımayıb. 115 ölkə tərəfindən tanınan bu müstəqilliyi Aİ-nin 28 üzvündən 23-ü qəbul edir.

Almaniya ABŞ, Fransa və Birləşmiş Krallıqla birlikdə Kosovonun müstəqilliyini ilk tanıyan ölkələrdən olub.

Milli Serbiya günü münasibətilə Belqrada müraciət edən ABŞ dövlət katibi Rex Tillerson fevralın 15-də Birləşmiş Ştatların “Serbiyanın qətiyyətli dostu və partnyoru olaraq qaldığını” deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG