Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:35

Serbiyanı rus mərkəzinə toxunulmazlıq verməməyə çağırırlar


Ron Johnson və Aleksandar Vucic
Ron Johnson və Aleksandar Vucic

Serbiya Rusiyanın fəlakətlərin önlənməsi mərkəzinin əməkdaşlarına diplomatik status verməsin. Belə bir çağırışla avqustun 29-da Belqrada səfər edən ABŞ senatoru çıxış edib. Qərbin bəzi rəsmiləri həmin mərkəzin casusların sığınacağına çevrildiyini, təbliğat yaydığını düşünür.

«Ümid edirəm ki, prezident Vucic və Serbiya toxunulmazlıq verilməsiylə bağlı hər hansı cəhdlərə qarşı dayanacaq», – respublikaçı senator Ron Johnson deyib.

ÇOX PİS SİQNAL

Söhbət Rusiya-Serbiya Humanitar Mərkəzindən gedir.

«Məncə, bu, çox pis siqnal vermiş olar. İqtisadiyyatınızın dirçəlməsindən ötrü Qərb kapitalının axınını nəzərə alanda, bu, Serbiya xalqının maraqlarına elə də cavab vermir», – ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri komitəsinin sədri olan senator deyib.

«Sizə mümkün qədər az korrupsiya… Qərb demokratiyalarına, azad bazar kapitalizminə yönəlmə gərəkdir, Vladimir Putin-in Rusiyayla sərgilədiyi aqressiyaya arxa çevirməlisiniz», – o, sözlərinə əlavə edib.

Johnson Serbiya prezidenti Aleksandar Vucic-lə görüşdən sonra danışıb. Vucic Rusiyayla sıx münasibətlər yaradır, eyni vaxtda Avropa Birliyinə də üzv olmağa çalışır.

«MARAQLARIMIZA UYĞUN QƏRARLAR VERİRİK»

Vucic Rusiya mərkəziylə bağlı niyyətini açıqlamayıb. Bu mərkəzin əməkdaşları Serbiyadakı NATO işçiləri kimi diplomatik toxunulmazlıq statusuna malikdir.

«Biz maraqlarımıza uyğun qərarlar veririk. Hər hansı təcavüzə məruz qalmamışıq», – Vucic deyib.

Moskva mərkəzdə casusların yerləşdirilməsi, yaxud siyasi fəaliyyət aparılması barədə deyilənləri təkzib edir. Mərkəz 2012-ci ildə ölkənin cənubundakı Niş şəhərində açılıb. Mərkəz Serbiyanın minalardan təmizlənməsinə kömək edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Hoyt Brian Yee mayda demişdi ki, bu mərkəzin Balkanlarda ictimai fikrə təsir etmək kimi maraqları var.

Johnson Rusiyanın Balkanlardakı fəaliyyətinin getdikcə bölücü xarakter almasından danışıb. Onun sözlərinə görə, Rusiya Sovet İttifaqı parçalanandan sonra «dostcasına rəqib» olmaqdansa, «düşmən»ə çevrilib.

XS
SM
MD
LG