Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Ukraynanın separatçı bölgələrində sakinlər nə düşünürlər?


Ukraynanın şərqindəki təmas xəttində keçid
Ukraynanın şərqindəki təmas xəttində keçid

AzadlıqRadiosunun Rus xidməti bir sorğuya əsasən yazır ki, separatçılarınqondarma “DXR” və “LXR” elan etdikləri Donetsk və Luhansk vilayətlərində yaşayanların çoxu özünü Ukraynanın bir hissəsi hesab edir.

Bu məlumat Berlində mənzillənmiş Şərqi Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ZOiS) sifarişilə aparılmış sorğunun nəticələri əsasında verilib. Sorğu 2019-cu ilin fevral və martında keçirilib.

Bu da xəbər verilir ki, separatçıların nəzarətində olan bölgələrdə yaşayanlarla sorğu telefon vasitəsilə aparılıb. Bu iki vilayətin separatçıların nəzarətində olmayan ərazisində sakin olanlarla isə üzbəüz söhbət edilib.

Bütövlükdə təmas xəttinin hər iki tərəfində 1200 nəfərin rəyi soruşulub.

ZOiS-in sorğu nəticələrinə görə DXR və LXR-in əhalisinin 54 faizi bu əraziləri Ukraynanın bir hissəsi hesab edir.

Sorğu nəticələrinə görə rəyi soruşulanların üçdə biri bu bölgələrə Ukrayna daxilində muxtariyyət verilməsini, 23 faizi isə bölgələrə heç bir status verilmədən belə burada yaşamaq istədiklərini bildirib.

Muxtariyyət tərəfdarları azalıb

Beləliklə Ukrayna daxilində muxtariyyət istəyənlərin sayı azalıb. Amma burası da var ki, qondarma DXR və LXR respublikalarının Rusiyaya birləşdirilməsinə tərəfdar olanların sayı artıb.

Əgər 2016-cı ildə Rusiya ilə birləşməyi istəyənlərin faizi 11 idisə, hazırda bu rəqəm 18-dir.

ZoiS-in tədqiqat nəticlərinə görə habelə separatçı bölgələrdə özlərini Ukrayna vətəndaşı sayanların sayı azalıb.

İndi özlərini Ukrayna vətəndaşı sayanlar respondentlərin 26 faizini təşkil edir. Bu, üç il əvvəl olduğundan yarıbayarı azdır.

2019-cu ildə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luhansk vilayətlərində yaşayanların Rusiya pasportları alması prosedurunu sadələşdirən fərmanlar imzalayıb.

Rəsmi məlumatlara görə bu prosedurla artıq bir neçə min nəfər Rusiya pasportu alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG