Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Rusiya ‘düşərgə arxivinin’ məhv edilmədiyini deyir


Sovet dövrü düşərgələrindən birində
Sovet dövrü düşərgələrindən birində

Rusiyanın Daxili İşlər Nazirliyi bildirir ki, Sovet zəmanəsinin düşərgələrində saxlanmış minlərlə məhbusa aid qeydiyyat kartları rəqəmsallaşdırılır. Bundan əvvəl tarixçilər bu sənədlərin məhv edilə biləcəyindən narahatlıq ifadə etmişdilər.

Nazirlik rəqəmsallaşma barədə bəyənatı iyunun 13-də yayıb, amma bundan bir həftə əvvəl rusiyalı tarixçilərdən biri sənədlərin məhv edildiyinə dair iddia irəli sürmüşdü.

Tarixçilər deyirlər ki, qeydiyyat kartlarında onilliklər ərzində Sibir və başqa yerlərdəki düşərgələrdə saxlanmış insanlar barədə mühüm məlumatlar var.

Moskvadakı GULag (Düşərgələr Baş İdarəsi) Tarixi Muzeyində keçmiş SSRİ-nin məhbus düşərgələri sisteminə aid çox sayda eksponatlar saxlanır. Bu muzeyin bildirdiyinə görə bu ayın əvvəllərində araşdırmaçı Sergei Prudovsky qeydiyyat kartlarının məhv edilməsinə dair 2014-cü ilə aid direktivin mövcud olduğunu aşkar edib.

Bu narahatlıq barədə xəbər prezident yanında İnsan Haqları Şurasına çatdıqdan sonra, qurumun rəhbəri belə bir hərəkəti “vəhşilik” adlandırmışdı.

Müşahidəçilər bildirirlər ki, ümumiyyətlə Rusiya hökuməti tarixə yenidən nəzər yetirərək sovet düşərgə sisteminin dəhşətləri barədə xatirələri yumşaltmağa və unutdurmağa can atır.

Prezident Vladimir Putin SSRİ-nin çökməsindən şəxsən məyus olduğunu açıq bildirib.

Keçmiş SSRİ-də 1930-40-cı illər arasında 17 milyon insanın düşərgələrə göndərildiyi təxmin edilir.

Bu düşərgələrdəki dəhşətlər barədə bir çox məhbus yazıçılar, o cümlədən Aleksandr Solzhenitsyn çox sayda bədii əsərlər yaradıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG