Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 01:08

‘Sənaye meşələri’ salınacaq

“Ölkənin Aran bölgəsində meşə fondu əraziləri olsa da, meşə yoxdur. Odur ki, suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salına bilər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ( ETSN) bildiriblər.

Nazirlikdən deyiblər ki, bu tip meşələrin salınması məqsədli olur.

Qurumdan qeyd edildiyinə görə, elə ağac növləri var ki, sürətlə inkişaf etdiyindən onlardan sənayedə yararlanmaq mümkün olur.

Nazirlikdən tövsiyə edirlər ki, iş adamları sənaye məqsədli meşələr salaraq, oradakı ağacların hesabına lazımı tələbatlarını ödəsinlər.

ETSN-dən hesab edirlər ki, belə meşələrin salınması təbii meşələrə müdaxilələri azaldar.

Azərbaycanda sənaye istiqamətli meşələrin bu il ərzində salınmağa başlanacağı nəzərəd tutulur.

This item is part of
XS
SM
MD
LG