Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Respublikaçı senatorlar Rusiyaya səfər edəcəklər


ABŞ milli təhlükəsizlik müşaviri John Bolton
ABŞ milli təhlükəsizlik müşaviri John Bolton

Amerikadan alınan xəbərlərdə deyilir ki, respublikaçı millət vəkillərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti tezliklə Moskvaya və Sankt Peterburqa səfər edəcək.

Luizianadan senator John Kennedy və Alabamadan Richard Shelby iyunun 22-də CNN telekanalına deyiblər ki, onların səfəri ABŞ-ın Moskvadakı səfiri Jon Huntsman tərəfindən təşkil olunub.

Nümayəndə heyətinin tərkibində senatorlar Steve Daines və John Hoeven-in də olduğu xəbər verilir.

Shelby CNN-ə deyib ki, bu səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulub.

Kennedy ümid etdiyini bildirib ki, onlar prezident Vladimir Putinlə də görüşə biləcəklər.

Senator deyib ki, o Rusiya rəsmiləri ilə görüşlərdə ortaq maraqların müzakirə olunacağını düşünür.

The New York Daily News saytı adı çəkilməyən mənbəyə əsasən bildirir ki, senatorların Rusiyaya səfəri iyunun 30-da baş tutacaq və onlar Birləşmiş Ştatların müstəqillik gününü (3-4 iyul) Rusiya paytaxtında qeyd etməyi planlaşdırırlar.

ABŞ milli təhlkəsizlik müşaviri John Boltonun Rusiyaya iyunun 27-də səfər edəcəyi bildirilib. O Moskvada prezident Donald Trump-la Rusiya lideri Putin arasında gələn ay keçirilməsi planlaşdırılan görüşün hazırlıq işlərini görəcək.

TASS Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonova istinadən bildirir ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında “çox mühüm siqnal” kimi qiymətləndirilə bilər.

Özünün seçki kampaniyası ərzində və prezident olduqdan sonra Donald Trump Rusiya ilə daha yaxşı münasibətlərə can atdığını bəyan edib.

O iyunun 21-də Vladimir Putinlə iyul ayında görüşəcəyini ehtimal etdiyini deyib.

XS
SM
MD
LG