Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:17

ABŞ senatorları jurnalistin qətlinə görə Səudiyyənin cəzalandırılmasını istəyrilər


Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı sədri Bob Corker
Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı sədri Bob Corker

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru bağlı qapılar arxasında yüksək vəzifəli senatorlara Səudiyyə jurnalisti Jamal Khashoggi-nin qətlinə dair brifinq verib.

Bir sıra senatorlar bildirirlər ki, dəlillər bu qətldə vəliəhd şahzadə Mohammed bin Salmanın əli olduğunu göstərir.

Son vaxtlar Konqres prezident Donald Trump-ın adminsitrasiyasını ötən oktyabrda Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilmiş Khashoggi-nin ölümünə görə Səudiyyə rəsmilərinin cəzalandırılması üçün kifayət qədər iş görməməkdə ittiham edir.

Respublikaçılar və həm də demokratlar ABŞ kəşfiyyatının, bu qətllə Səudiyyə liderinin əlaqəsinin olduğunu iddia edən təhqiqatına dair məxfi brifinqlər tələb edirlər.

Dekabrın 4-də Ağ Ev nəhayət MKİ direktoru Gina Haspelin ABŞ senatorlarına belə bir brifinq verməsinə razılaşıb.

Bu brifinqdən sonra bir sıra senatorlar bu qətllə bin Salmanın əlaqəsi olduğuna əmin olduqlarını bildiriblər.

Respublikaçı senator Lindsey Graham brifinqdən sonra jurnalistlərə deyib: “Gərək könüllü şəkildə kor olasan ki, bunun Səudiyyə liderinin əmri altında olan şəxslər tərəfindən hazırlandığı və təşkil olunduğu barədə qənaətə gəlməyəsən”.

Respublikaçı və demokrat millət vəkilləri Səudiyyəni cəzalandıracaq qanunvercilik aktının qəbuluna çalışırlar, lakin bunun necə edilməsinə dair fikir ixtilafındadırlar.

Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı sədri Bob Corker deyib ki, “əgər vəliəhd şahzadə məhkəmə qarşısına çıxarılsaydı, ona qarşı ittiham 30 dəqiqə ərzində irəli sürülərdi”.

ABŞ-da yaşayan Khashoggi Washington Post qəzetinin köşə yazarı idi və Səudiyyə hakimiyyətini kəskin tənqid edirdi.

XS
SM
MD
LG