Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:07

Senat İran məsələsində Trump-a məhdudiyyət qoya bilmədi


ABŞ Senatının prezident Donald Trump-ın Konqresin icazəsi olmadan İrana zərbə endimək imkanını məhdudlaşdırmaq cəhdi baş tutmayıb.

Senatorlar bu qətnaməyə 50 leyhinə, 40 əleyhinə olmaqla səs veriblər, lakin sənədin qəbul edilməsi üçün minimum 60 səs onun leyhinə olmalıydı.

Bu qətnamə hər il qəbul olunan Milli Müdafiə Rəsmiləşdirmə Qanununa əlavə olunmalıydı. Qanun qətnamə əlavəsi olmadan bir gün əvvəl, iyunun 28-də qəbul edilib.

Qətnamənin səsə qoyulmasına bir neçə respublikaçı senator demokratlara qoşulduqdan sonra qərar verilmişdi.

Hazırda Vaşinqton və Tehran arasında böyük gərginlik var.

Trump Birləşmiş Ştatları 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra İran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Bu sanksiyalar ilk növbədə İranın əsas valyuta mənbəyi olan neft sənayesini hədəfləyir.

Son aylarda Trump Yaxın Şərqdəki ABŞ qüvvələrini sayca artıran fərmanlar verib. ABŞ-ın təyyarədaşıyan eskadriliyası İrana yaxın sulara göndərilib.

Trump ötən həftə bildirmişdi ki, o İrana zərbə endirilməsi əmrindən son anda çəkinib.

Bundan əvvəl İran Birləşmiş Ştatlara məxsus dronu vurmuşdu.

Senatdakı səsvermə təşəbbüsü də məhz belə halların qarşısını almağa hesablanmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG