Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:29

Senat qoşunların Suriyadan çıxarılması əleyhinə qanun layihəsi qəbul edib


Qanun layihəsi Senatda respublikaçı çoxluğun rəhbəri Mitch McConnell tərəfindən hazırlanıb
Qanun layihəsi Senatda respublikaçı çoxluğun rəhbəri Mitch McConnell tərəfindən hazırlanıb

Respublikaçıların çoxluğa malik olduqları Senat Suriya və Əfqanıstandakı ABŞ qoşunlaırnın bu ölkələrdən çıxarılmasının əleyhinə, əsas etibarilə simvolik səciyyə daşıyan qanun layihəsini qəbul edib. Bu, Senatın respublikaçı prezident Donald Trump-a qarşı çıxdığı nadir hallardan biridir.

Senat yanvarın 31-də hər iki partiyadan göstərilən əhəmiyyətli dəstəklə və 68-23 nisbətində səs fərqi ilə icrası icbari olmayan düzəlişi qəbul edib. Düzəlişdə deyilir ki, Senatın qənaətinə görə islamçı qruplaşmalar hər iki ölkədə ABŞ-ın təhlükəsizliyinə “ciddi hədə” olmaqda davam edir.

Qanun layihəsi Trump-ın siyasətlərinə nadir hallarda qarşı çıxan senator Mitch McConnell tərəfindən hazırlanıb. O Senatda respublikaçı çoxluğun lideridir.

McConnell bu həftə demişdi ki, Senatın düzəlişi “əl-Qaeda, [İslam Dövləti] və onlara bağlı qrupların Suriya və Əfqanıstanda ölkəmizə ciddi təhlükə təşkil etməkdə davam etməsini” bəyan edir:

"Bu düzəliş hər iki münaqişədən tələsik çıxmağın təhlükəsini etiraf edir və Suriya və Əfqanıstan münaqişələrinə həll tapılması yolunda diplomatik və siyasi səylərin yürüdülməsinin mühümlüyünü vurğulayır”.

Respublikaçı senator Marco Rubio deyib ki, Trump-ın qoşunların çıxarılmasına dair planı “yaxşı fikir” deyil.

Trump 2000 əsgəri qüvvəlik ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair dekabrın 19-da verdiyi gözlənilməz bəyanatla ABŞ millət vəkillərini və Vaşinqtonun beynəlxalq müttəfiqlərini təəccübləndirib. ABŞ hərbçiləri Suriyada İslam Dövləti ekstremist təşkilatına qarşı döyüşən ərəb və kürd alyansına dəstək verirlər.

Trump öz qərarını müdafiıə edərək deyib ki, hərbçilər ora əvvəlcə üç aylıq göndərilsələr də, münaqişə bölgələrində illərlə ilişib qalıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG