Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Senat komitəsi Rusiyanın qaz kəmərinə sanksiyalar qanununu bəyənib


ABŞ Senatının beynəlxalq əlaqələr komitəsi Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək ŞimalAxını-2 kəmər layihəsinə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib.

Reuters agentliyi bu barədə xəbər yaysa da, sənəd hələlik komitənin saytında dərc edilməyib.

Bu sanksiyalar ŞimalAxını-2 layihəsi ilə əlaqəsi olan şirkət və fərdlərə məhdudiyyətlətrin qoyulmasını nəzərdə tutur.

Bundan sonra bu layihəyə Senatda və Nümayəndələr Palatasında baxılacaq.

Yalnız bundan sonra sənəd imzalanmaq üçün prezident Donald Trump-a göndəriləcək.

Vaşinqtonun bu qaz kəmərinə sanksiyalar qoymaq niyyətini Donald Trump ötən iyunun ortalarında Polşaya səfəri zamanı bəyan etmişdi.

O vaxt Trump qaz kəməri layihəsi çərçivəsində Rusiya ilə əməkdaşlığa görə Almaniyanı sərt tənqid etmişdi.

O bildirmişdi ki, Almaniya üçün Rusiya qazına alternativ Birləşmiş Ştatların maye qazı ola bilər.

Baltik dənizinin altı ilə Rusiyadan birbaşa Almaniyaya çəkilməli olan bu kəmərə qarşı Şərqi Avropa ölkələri çıxış edirlər.

Avropa İttifaqında hesab edirlər ki, ŞimalAxını-2 kəməri Avropanın Rusiya qazından asılılığını artıra, habelə ittifaqdaxili bazara mənfi təsir göstərə bilər.

ŞimalAxını-2 kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulub.

Bu kəməri çəkməklə Rusiya özünü qaz ixracatında Ukrayna tranzitindən xilas etməyə çalışır.

Avropa İttifaqı ölkələri arasında əldə edilmiş kompromisə görə bu qaz kəməri barədə bütün qərarları Berlin qəbul etməlidir.

Moskva ŞimalAxını-2 layihəsinin sırf iqtisadi səciyyə daşıdığında israr edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG