Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Senat fövqəladə vəziyyəti rədd edir, Trump ‘veto’ mesajı verir


Trump-ın elan etdiyi fövqəladə vəziyyətə son qoyulması barədə qərara dair səsvermədə 12 respublikaçı senator demokratların tərəfinə keçib
Trump-ın elan etdiyi fövqəladə vəziyyətə son qoyulması barədə qərara dair səsvermədə 12 respublikaçı senator demokratların tərəfinə keçib

Respublikaçıların çoxluğa malik olduğu ABŞ Senatı prezidentin fövqəladə vəziyyət barədə bəyannaməsinin əleyhinə səs verməklə Donald Trump-a güclü mesaj göndərib.

Trump-ın elan etdiyi fövqəladə vəziyyətə son qoyulması barədə qərara dair martın 14-də keçirilən səsvermədə 12 respublikaçı senator demokratların tərəfinə keçib.

Trump fövqəladə vəziyyəti ABŞ-ın Meksika ilə sərhədində divarın tikilməsi üçün maliyyə əldə etmək məqsədilə elan etmişdi.

59 leyhinə, 41 əleyhinə olmaqla qəbul edilən qərar prezidentə güclü mesaj olsa da, Trump-ın narahat olmadığı görünür. O bu səsvermənin nəticəsinə Twitter vasitəsilə dərhal və bircə sözlə reaksiya verib: “VETO”.

Trump bununla bildirmək istəyib ki, demokratlar Senatda prezident vetosunu dəf etmək üçün lazım olan üçdə iki çoxluğu əldə edə bilməyiblər.

Trump fövqəladə vəziyyəti, Konqres onun sərhəd divarı üçün istədiyi 5, 7 milyard dolları ayırmaqdan imtina etdikdən sonra elan etmişdi.

Prezident bildirir ki, Meksika ilə sərhəddə divarın tikilməsi ölkəyə qanunsuz miqrant və narkotik maddə axınının cilovlanması üçün lazımdır.

Onun opponentləri isə deyirlər ki, divarın tikilməsi problemi həll etməyəcək, çünki qanunsuz mühacirlərin çoxu ölkəyə hava limanlarından daxil olur, viza müddəti bitdikdən sonra isə qayıtmır.

Onların fikrincə, narkotiklərə gəlincə, bu maddələr ölkəyə minik və yük avtomobillərində sərhəd-buraxılış məntəqələrindən keçirilərək gətirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG