Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:05

Senat 250 milyard dollarlıq texnologiya layihəsini qəbul elədi


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatların dünyada aparıcı texnoloji ölkə olmasına baxmayaraq 1990-cı ildə 37 faiz olan yarımkeçirici istehsalı bu gün 12 faizə düşüb

ABŞ Senatı Çinlə rəqabəti saxlamaqdan ötrü ölkədə yarımkeçirici istehsalı və texnoloji innovasiyanı gücləndirməyi hədəfləyən 250 milyard dollarlıq layihəni qəbul edib.

Layihə demokratlarla respublikaçılar arasında bərabər bölünmüş senatda 68-32 səs fərqilə qəbul olunub. Bu, Çinə qarşı iqtisadi və siyasi dirənişin iki partiyanı necə birləşdirdiyini göstərir.

“Gələcək texnologiyalar üzrə yarışı kim qazansa qlobal iqtisadi liderə çevriləcək və bunun xarici siyasət və milli təhlükəsizlik üçün dərin nəticələri olacaq”, – Senatda çoxluğun lideri Çak Şumer deyib.

Yarımkeçiricilərə 50 milyard...

Layihənin əsas bəndindəki 50 milyard dollar yarımkeçiricilərin hazırlanması və istehsalına dəstək üçündür. Koronavirus pandemiyası dövründəki təchizat məhdudiyyətləri bu məsələni önə çıxarıb.

Birləşmiş Ştatların dünyada aparıcı texnoloji ölkə olmasına baxmayaraq 1990-cı ildə 37 faiz olan yarımkeçirici istehsalı bu gün 12 faizə düşüb.

Layihədə tədqiqat və hazırlanma prosesinə 170 milyard dollar vəsait nəzərdə tutulur.

Beş il ərzində layihə çərçivəsində 250 milyard dollar yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu məbləğin onillər ərzində ölkədə elmi tədqiqata yatırılan ən böyük sərmayə olduğu vurğulanır.

Plan Nümayəndələr Palatasında təsdiqlənəndən sonra Ağ evə imzalanmaya göndəriləcək. Prezident Co Bayden onu dəstəkləyir.

XS
SM
MD
LG