Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:17

Sələfi imamlarının evində axtarış aparılıb


Bütün bunlar İnquşetiya müftisi Isa Khamkhoyev-lə Yunusbek Yevkurov-un münaqişəsi fonunda baş verir.
Bütün bunlar İnquşetiya müftisi Isa Khamkhoyev-lə Yunusbek Yevkurov-un münaqişəsi fonunda baş verir.

Bazar günü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İnquşetiya üzrə xüsusi idarəsi gözlənilmədən iki tanınmış sələfi imamın, Isa Tsechoyev və Hamzat Chumakov-un evində axtarış aparıb. Bu barədə «Kavkaz.Realii» saytı yazır.

FSB əməkdaşları Tsechoyev-in evində axtarışa səhər saat 6-da başlayıblar. Evdən heç bir şey müsadirə edilməyib. Onlar uyğun akt tərtib etmədən imamın evini tərk ediblər. Tsechoyev-in sözlərinə görə, idarə əməkdaşları ilə söhbətdən onların «informatordan daxil olmuş siqnal»a reaksiya verdiyi üzə çıxıb.

QEYRİ-ADİ HAL

Həmin gün axşama doğru imam Chumakov-u Moskvaya yola salan 3 maşın yolda saxlanıb. DİN əməkdaşları maşınlarda ciddi axtarış aparıblar. Altı nəfər polis idarəsinə aparılıb. Onlardan 5-i sənədləri yoxlanıldıqdan sonra sərbəst buraxılıb. Bir nəfəri isə silahı uyğun qobursuz saxlamağa və gəzdirməyə görə saxlanılıb.

Sunja rayonunun DİN-indən «Kavkaz.Realii»yə bildirilib ki, həmin şəxsin saxlanması formal xarakter daşıyır və o, raport tərtib edildikdən sonra sərbəst buraxılacaq. Saxlanılan şəxslərin sözlərinə görə, onlara imam Chumakov-la bağlı bircə sual da verilməyib. Təsdiqlənməmiş məlumatlar Chumakov-un özünün də Moskvada saxlandığı iddia olunur.

«Kavkaz.Realii» yazır ki, bu xəbərdə təəccüb doğuran axtarışların aparılması faktından çox, güc strukturları əməkdaşlarının həssas davranışıdır. Bu, İnquşetiya üçün adi hal deyil. Bu respublikada belə hallar, adətən, silah, yaxud narkotik saxlamağa görə həbslə sonuclanır.

Görünür, güc strukturları imamlara problem yaratmaq istəyən informatorlardan gələn siqnallara reaksiya verərək bu addımı atıblar. Sayt məlumatlı mənbələrə istinadən yazır ki, İnquşetiya prokurorunun imzaladığı axtarışa dair göstərişlərdə onların hansı cinayət işi çərçivəsində aparıldığı göstərilməyib.

YEVKUROV-A QARŞI OYUNUN BAŞLANĞICI

İmamlara qarşı bu addımlar respublika rəhbərinin xəbəri olmadan görülübsə, onların İnquşetiya rəhbəri Yunusbek Yevkurov-a qarşı oyunun başlanğıcı ola biləcəyi deyilir. Bütün bunlar İnquşetiya müftisi Isa Khamkhoyev-lə Yevkurov-un münaqişəsi fonunda baş verir. Bu iki şəxsin münaqişəsi artıq ikinci ildir ki, davam edir. Qarşıdurma gedişində respublika rəhbəri hətta müfti idarəsini ləğv edərək, onu İnquşetiya rəhbəri administrasiyası yanında dini işlər üzrə idarəylə əvəzləməyə də çalışıb. Ancaq regionda müftini müsəlmanların qurultayı seçir. Bu isə ruhani təşkilatın hökumətin qərarıyla ləğvini qeyri-mümkün edir.

Respublikada müftidən narazı çox sayda müsəlman var. Buna səbəb onun Yevkurov-la münaqişədə Çeçenistan rəhbəri Ramzan Kadyrov-dan dəstək almasıdır. Kadyrov Moskvanın vasitəsilə İnquşetiya müftiliyinə təzyiqi azalda bilərdi.

«Kavkaz.Realii» yazır ki, Yevkurov-la Khamkhoyev-in bir-birini görməzdən gəlməsi uzun çəkə bilməz. Tezliklə Moskva münaqişəyə müdaxilə edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG