Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Daşkəsəndə sel avtomobilləri aparıb, evləri basıb


Sel Daşkəsən rayonuna ziyan vurub, ərazidə texnika işləyir. Foto rayon icra hakimiyytinin facebook səhifəsi, 24 iyun 2018
Sel Daşkəsən rayonuna ziyan vurub, ərazidə texnika işləyir. Foto rayon icra hakimiyytinin facebook səhifəsi, 24 iyun 2018

“İyunun 24-ü yağan leysan yağışlarının yaratdığı sel suları Daşkəsən rayonunun əsasən 6 kəndinə ciddi ziyan vurub”.

Bunu Daşkəsən Rayon İcra Hakimiyyəti başçısını birinci müavini, Fövqəladə Hallar Kimissiyasının sədri Cavanşir Qocayev bildirib.

“Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib. Sel suları Təzəkənd kəndi ərazisində körpünü tamamilə dağıdıb. Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət, ticarət obyektlərinin köşklərini dağıdıb. Çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb və bir çox yaşayış evlərini su basıb” ,deyə komissiya sədri bildirib.

Onun sözlərinə görə, güclü leysan yağışları rayonun yol, elektrik, qaz, rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə, şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə və yaylaqlarda vətəndaşların mal-qarasına ziyan vurub.

Sel avtomobilləri aparıb

“Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili çay sularının axınına salaraq aparıb”-C.Qocayev bildirib.

C.Qocayev vurğulayıb ki, komissiya yaradılıb, əhaliyə və dövlətə dəyən ziyanlar hesablanır.

XS
SM
MD
LG