Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Gürcüstanda seks videosu qalmaqalı. Prezident danışdı


Giorgi Margvelashvili
Giorgi Margvelashvili

►"Mənim çox zəngin seksual həyatım olub, var və olacaq".

Gürcüstan prezidenti siyasətçilərin seks görüntülərini əks etdirən videoların yayılması ilə bağlı qalmaqala münasibət bildirərək həmin videoları yayanları cəzalandırmağı söz verib.

"Bu iyrənc videoları yayan istənilən şəxs cəzalandırılacaq. Cinsi həyat iyrənc deyil, onu çəkmək iyrəncdir," - deyə Georgi Margelaşvili bildirib.

Margelaşvili ölkə sakinlərini belə videoların yayılması ilə kimisə şantaj etməyin mümkün olmadığını "qara qüvvələrə" gəstərməyə çağırıb.

Prezident əlavə edib ki, onun "çox zəngin seksual həyatı" olub, var və olacaq.

Keçən həftə YouTube-da sekslə məşğul olan siyasətçilərin görüntüsünü əks etdirən iki videonun yayılması qalmaqala səbəb olub.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Videolardan birində əks olunmuş qadın Gürcüstanın keçmiş xarici işlər naziri, müxalifətdə olan siyasətçi Maya Pancikidzeyə bənzəyir. Daha sonra bu yazılar pozulub, baş vermiş hadisə ilə bağlı cinayət işi başlayıb.

Videoları paylaşanlar Gürcüstan siyasətçilərinin şəxsi həyatı ilə bağlı yeni videolar yaymağa söz veriblər.

Ancaq onların kim olduğu bilinmir.

Buna da bax:

İsveçdə satıcısız mağaza
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

XS
SM
MD
LG