Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Nazirlik rezidenturaya qəbulla bağlı narazılığa münasibət bildirib


Rezidenturaya qəbulla bağlı Səhiyyə Nazirliyi qarşısında aksiya,29 iyun 2018
Rezidenturaya qəbulla bağlı Səhiyyə Nazirliyi qarşısında aksiya,29 iyun 2018

Rezidenturaya qəbul planını hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti müəyyən edir.
Səhiyyə Nazirliyi bu açıqlamanı 2018/2019-cu tədris ili üzrə rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasına dair narazılıqlara cavab olaraq verib.

Açılqmada qeyd edilir ki, hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır:

“Tələbat əsasən bölgələrdə ailə həkimlərinə, təcili və təxirəsalınmaz tibbi yardımı üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə aiddir. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür”.

Açıqlamada vurğulanır ki, bölgələrdə kadr çatışmazlığı nəzərə alınmaqla 2018/2019-cu tədris ilində rezidenturaya qəbul üzrə planın müəyyən hissəsi məqsədli qəbul üzrə aparılacaq.

Səhiyyə Nazirliyi bildirir ki, məqsədli qəbul müvafiq ixtisas üzrə həkim çatışmazlığını aradan qaldırmaqdan ötrü konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Açıqlamada habelə vurğulanır ki, rezidenturaya qəbul olmayan şəxslər baza ali tibb təhsilinə uyğun nazilriyin tabeliyindəki müəssisələrdə vakant həkim vəzifələrində işləyə bilərlər.

Bundan ötrü onlar həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə nazirliyin təşkil etdiyi müsabiqələrdə iştirak etməlidirlər.

Xatırlatma

İyunun 29-da rezidenturaya qəbul ilə bağlı bir qrup namizəd nazirlik önünə toplaşaraq narazılıqlarını ifadə etmişdilər. Bu etiraz rezidentura yerlərinin azaldılması və bu haqda imthanlara qatılmaq istəyənlərə öncədən xəbər verilməməsi ilə izah edilirdi. Onalrın sözlərinə görə, hazırda rezidentliyə qəbul üzrə plan 332 nəfəedir. Keçən il isə bu rəqəm 508 nəfər olub.

Namizədlərin vurğulamasına görə, ilk imtahanı fevraın 21-də veriblər, bu zaman onlara yerlərin azalıdlacağı barədə bilgi verilməyib.

Həmin gün narazı gəncləri Səhiyyə Nazirliyinin məsul işçiləri qəbul etmişdi. Qəbuldan çıxanların sözlərinə görə, onlara vəd verilib ki, məsələ ilə bağlı nazirlə məsələhətləşmə aparıb iyulun 2-də məlumat veriləcək.

Rezidentura tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı formasıdır.

XS
SM
MD
LG