Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Səfir Vaşinqton görüşündən razılığını bildirir


Earle D. Litzenberger
Earle D. Litzenberger

“Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıq”.

“Turan” agentliyinin məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycanda səfiri Örl Litsenberqer bildirib.

Səfir hesab edir ki, görüşün məqsədi sülh yolu ilə nizamlama üzrə danışıqların davam etdirilməsinin dəstəklənməsi olub:

"Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir".

Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri bu il iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işağl edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir .

XS
SM
MD
LG