Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:26

Keçmiş konsul: "Like edənlərə çox utancverici sənəd imzalatdılar" [VIDEO]


Bakıya qayıtmaqdan imtina etmiş konsul AzadlıqRadiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:31:05 0:00

Bakıya qayıtmaqdan imtina etmiş konsul AzadlıqRadiosuna danışır

►“Onlar bilirlər ki, höküməti, xalqı uçuruma aparırlar”

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin işdən çıxarılan məsul əməkdaşı, Bakıya qayıtmaqdan imtina edən keçmiş konsul Nahid Cəfərov Azadlıq Radiosuna danışır.

Deyir, Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədovu əslində Facebook-da yazdığına görə çıxartmadılar.

Əsil səbəb başqa idi.

Arif Məmmədovun yazdığını“like” edənlərin başına nə gəldi və nəyə məcbur edildilər? - “onların cəmi 3 nəfəri işdə qala bildi. Onlara çox utancverici sənəd imzalatdırdılar”

(Müsahibə tam şəkildə yuxarıda videoda)

Gözlə

No media source currently available

0:00 0:04:52 0:00
Direct-ə keçid

Bəs Nahid Cəfərovun özünü niyə çıxartdılar? Axı o “like” etməmişdi? Arif Məmmədovla yaxın olduğuna görəmi?

Azərbaycanda insan haqları pozuntuları ilə bağlı Nahid Cəfərov deyir ki, bir diplomat kimi onlara ən böyük problem yaradan həmişə Azərbaycanda bu insan haqları pozuntuları olub.

Buna da bax: Ombudsman Aparatından Leyla Yunus və Xədicə İsmayıla baş çəkdilər

Azərbaycan diplomatlarını, rəsmilərini Avropada necə tanıyırlar? Nahid Cəfərov deyir ki, “onlara biznesmen kimi baxırlar”.

Azərbaycanda bu işlərin axırı necə olacaq? – Nahid Cəfərov deyir ki, hakimiyyət üçün yaxşı olmayacaq: “Onlar bilirlər ki, höküməti uçuruma aparırlar, xalqı uçuruma aparırlar”.

Arif Məmmədov mayın 19-da Bakının Binəqədi qəsəbəsində 15 nəfərin ölümü ilə bağlı baş verən yanğınla bağlı öz Facebook səhifəsində status yazmışdı. Bundan sonra o, vəzifəsindən geri çağrılmış və bəzi dövlət və hökumət rəsmiləri onu tənqid etmişdi.

Bundan sonra Hesablama Palatası onun rəhbərliyi dövründə Avropa Şurası yanında nümayəndəlikdə yoxlamalara başlayıb. Baş Prokurorluq isə ona cinayət işi açmışdı. Arif Məmmədov bütün ittihamları rədd edir. Ona qarşı başlanan cinayət işini söylədiyi siyasi fikirlərlə əlaqələndirib.​

Nahid Cəfərov da vaxtilə Arif Məmmədovla birgə layihə üzərində çalışıb.

Həmçinin izlə:
AzadlıqRadiosu Youtube kanalında

XS
SM
MD
LG