Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Avropa rəsmisi deyir ki, Moskva-Kiyev qaz razılaşması bu il əldə oluna bilər


Maros Sefcovic
Maros Sefcovic

Yüksək vəzifəli Avropa rəsmisi bildirib ki, Ukrayna və Rusiya arasında təbii qazın Avropaya nəqlinə dair razılaşma 2019-cu ilin sonunadək əldə oluna bilər.

Avropa Komissiyasının vise-prezidenti Maros Sefcovic yanvarın 21-də Brüsseldə deyib:

"Hər şey yaxşı olsa və bütün tərəflər eyni məqsədə doğru hərəkət etsələr, mən əminəm ki, bu proses bu ilin sonunadək uğurla tamamlana bilər”.

Bu danışıqlarda Rusiyanın enerji naziri Aleksandr Novak, Ukraynanın xarici işlər naziri Pavlo Klimkin, habelə Ukraynanın Naftogaz və Rusiyanın Gazprom dövlət şirkətlərinin icraçı direktorları iştirak edirdilər.

Sefcovic deyib ki, o may ayında keçiriləcək üçtərəfli danışıqlardan əvvəl bütün tərəflərə kompromis variant təklif edib.

Avropa İttifaqı rəsmisi deyib ki, o bu qış üçün Rusiya qazının Ukraynadan keçərək Avropaya nəql olunmasında heç bir problem görmür.

Kiyev narahatdır ki, Moskva ilə qazın tranzitinə dair bağlanmış 10 illik kontarkt bu ilin sonunadək başa çatandan sonra sözü gedən müqavilənin vaxtı uzadılmaya bilər.

Danışıqlar prosesinə yaxın mənbələr AzadlıqRadiosuna bildiriblər ki, Sefcovic bütün tərəflərə minimum həcmi ildə 60 milyard kubmetr olan yeni onillik kontrakt imzalanmasını təklif edib.

Bu görüşdən əvvəl Naftogaz şirkətinin baş icraçı direktoru Yuriy Vitrenko Rusiyanı bu danışıqları Şimal Axını 2 kəmərinin tikintisinədək gecikdirməkdə ittiham edirdi.

Vitrenko Reuters agentliyinə deyib: “Bundan sonra da deyəcəklər ki, Ukrayna tranzitinə heç ehtiyac yoxdur”.

Vaşinqton Rusiya qazını Ukraynadan yan keçərək birbaşa Avropa bazarına çıxaracaq kəmərlərin tikintisinə qarşıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG