Alveri ölən 'Sədərək': 'Sahibkarlar zülm çəkirlər'
"Sədərək" Ticarət Mərkəzində alverin zəifləməsi və yüksək icarə haqları sahibkarları çıxılmaz vəziyyətdə qoyub. Alıcı qıtlığından şikayətlənən ticarətçilər gəlirlərinin xərcləri qarşılamadığını deyir, bir çoxları isə artıq dükanlarını bağlayaraq bazarı tərk edir. Ekspertlər bu durğunluğu həm onlayn ticarətin artması, həm də əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi ilə əlaqələndirirlər.