Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:11

ABŞ kəşfiyyatı Konqres seçkisinə müdaxilə xəbərdarlığı verir


ABŞ-ın kəşfiyyat və hüquq-mühafizə orqanları Birləşmiş Ştatların qarşıdan gələn Konqres seçkisinə və gələcəkdə keçiriləcək başqa seçkilərə Rusiya, Çin, İran və başqa xarici ölkələrin mümkün müdaxiləsi barədə daha bir xəbərdarlıq yayıb.

Oktyabrın 19-da açıqlanmış bəyanat ABŞ Konqresinə seçkidən üç həftə əvvəl verilib. Bu seçkidə ABŞ millət vəkilləri, habelə ştatların qubernatorları seçilməlidir.

Milli Kəşfiyyat İdarəsinin direktoru, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və FTB tərəfindən imzalanmış birgə bəyanatda deyilir ki, ABŞ-a qarşı “davam etməkdə olan kampaniyalardan” məqsəd Amerika demokratiyasına olan etimadın sarsıdılmasıdır.

Bəyanatda deyilir: "Biz Rusiya, Çin və İran da daxil başqa xarici qüvvələrin demokratik təsisatlara etimadı sarsıtmağa, ictimai əhval-ruhiyyəni və hökumət siyasətlərini təsirləndirməyə yönəlmiş kampaniyalarından narahatıq”.

Sənəddə həmçinin qeyd olunur ki, bu kampaniyalar sosial mediadan bölücü məsələlərin şişirdilməsi, RT və Sputnik kimi ingilisdilli Rusiya medialarının onlara rəğbətli siyasi namizəd sözçüləri vasitəsilə yaydığı dezinformasiyalardan istifadə kimi ən müxtəlif formalar ola bilər.

Noyabrın 6-da keçiriləcək seçki ilk növbədə respublikaçıların Nümayəndələr PalatasıSenat-da say üstünlüyünü saxlayıb-saxlaya bilməyəcəyi məsələsini müəyyən edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG