Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

ABŞ kəşfiyyatının başçısı Rusiya, İran və Çinin seçki müdaxiləsindən danışıb


Dan Coats
Dan Coats

ABŞ kəşfiyyatının ən yüksək vıəzifəli rəsmisi deyir ki, Rusiya, Çin, İran və başqa ölkələr ABŞ-da keçirilmiş 2018-cin il aralıq seçkisində seçicilərə təsir göstərməyə çalışıblar. Lakin rəsmi əlavə edib ki, bu cəhdlərin seçki nəticələrini təsirləndirdiyini göstərən əlamətlər yoxdur.

Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Coats dekabrın 21-də bəyan edib ki, “Rusiya, habelə Çin və İran da daxil başqa ölkələr öz strateji maraqlarını həyata keçirmək üçün ABŞ-ı hədəfləyən təsir fəaliyyətləri və mesajlaşma kampaniyaları aparıblar”.

Lakin Coats əlavə edib ki, ABŞ kəşfiyyat icmasının təhqiqatı xarici elementlərin seçki infrastrukturuna nüfuz edə bildiyinə dair heç bir dəlil aşkar etməyib:

"Hazırda kəşfiyyat icmasında ölkənin seçki infrastrukturunun səsvermənin qarşısını alacaq, səs sayılmasını dəyişəcək şəkildə pozulduğunu göstərən əlamətlər barədə məlumatlar yoxdur…”

Coats əlavə edib ki, “seçki sisteminin tamlığını və ya daha geniş mənada demokratiyamızı qoruyub saxlamaq kəşfiyyat orqanlarının əsas prioritetidir”.

Milli Kəşfiyyat İdarəsi təhqiqatın nəticələrini prezident Donald Trump-a və seçki təhlükəsizliyinə cavabdeh başqa strukturlara təqdim edib.

2018-ci il aralıq seçkilərinə dair hesabatda Coats bildirib ki, kəşfiyyat orqanları xarici səylərin seçki nəticələrinə mümkün potensial təsirini qiymətləndirməyiblər.

Demokrat senator, Senatın Kəşfiyyat Komitəsinin rəhbərlərindən Mark Warner Coats-ın hesabatını şərh edərkən deyib ki, Rusiyanın müdaxiləsi 2016-ci il seçkisi ilə başa çatmayıb.

O bildirib ki, “Rusiyadan nümunə götürən başqa ölkələr də cəmiyyətimizin açıqlığından sui-istifadə edərək adamlarımız arasına ixtilaf salmağa hələ çox cəhdlər göstərəcək”.

Prezident Trump-ın sentyabrda imzaladığı sərəncama görə səsvermələri manipulyasiya etmək istəyənlərə qarşı sanksiyalar tətbiq ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG