Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Seçki Məcəlləsində yeniliklər...


Prezident İlham Əliyev səs verir (Arxiv)
Prezident İlham Əliyev səs verir (Arxiv)

Ölkə parlamenti Seçki Məcəlləsinə dəyişikliklər edir. Dəyişiklik təkliflərini Milli Məclisin saytı yayıb.

Layihədə Seçki Məcəlləsinə ümumilikdə 30 dəyişikliyin edilməsi təklif olunur. Bəzi maddələrin dəyişdirilməsi, bəzilərinin isə ümumiyyətlə ləğv olunması istənilir.

Layihədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı məcəllədəki müddəalara təklif olunan dəyişikliklər diqqət çəkir.

Məcəllənin 179-cu maddəsinin hazırda qüvvədə olan 1-ci bəndinin mətninə görə, “prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar prezident seçkiləri keçirilir”.

Təkliflərdə həmin cümlənin aşağıdakı mətndə dəyişdirilməsi istənilir:

“...Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, "habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinə əsasən prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir”.

Buna da bax: ‘Virtual Azərbaycanda əsas maraq lotuluğa, ‘vorzakonluğ’a və şou biznesədir’ [video]

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə də oxşar dəyişikliyin edilməsi təklif olunur. Həmin maddənin hazırda qüvvədə olan mətnində yazılır: “Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir”.

Təklif olunan variant isə aşağıdakı kimidir:

«...Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi, prezidentin növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün ərzində keçirilir».

Bələdiyyəyə seçilmək istəyənlərə yaş məhdudiyyəti aradan qalxır.

Seçki Məcəlləsinə dəyişiklik təklifləri bələdiyyələrə üzv seçilmək istəyənlərə qoyulan yaş tələbinin aradan qaldırılmasını da nəzərdə tutur.

Hazırda məcəllənin “Bələdiyyələrə üzv seçilmək hüququ” adlanan 212-ci maddəsində yazılır ki, seçkilər günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan,müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

Həmin cümlənin aşağıdakı variantda dəyişdirilməsi təklif olunur:

“Seçkilərdə iştirak etmək hüququna malik olan (18 yaşı tamam olan və sairə) və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycanvətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər”.

Ötən il ölkədə keçirilən referendumla Konstitusiyaya bir sıra dəyişiklik edilmişdi. Orada digər seçkilərdə də aşağı yaş məhdudiyyəti aradan qaldırılmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG