Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 16:10

Ekspert: Seçkiyə ayrılan milyonlarla manat korrupsiyaya yol açır


Seçkiyə ayrılan milyonlar hara xərclənir?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Seçkiyə ayrılan milyonlar hara xərclənir?

Azərbaycanda prezident seçkilərinə sayılı günlər qalır. Aprelin 11-də baş tutacaq seçkilərin təşkili bəs, büdcəyə neçəyə başa gələcək? Ayrılan vəsait nə qədər səmərəli xərclənir?

2018-ci ilin dövlət büdcəsindən builki seçki üçün Mərkəzi Seçki Komissiyasına 69 milyon manat ayrılıb.

MSK büdcəni belə xərclənməlidir:

- seçki siyahılarının dəqiqləşdirilməsi - 6.16 milyon manat

- dairə seçki komissiyalarının saxlanması - 7.64 milyon manat

- seçkilərin təşkili - 55 milyon manat

- komissiyanın saxlanması -- 2,4 milyon manat,

"KORRUPSİYAYA YOL AÇIR"

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri Qubad İbadoğlunun hesablamasına görə büdcədən hər seçiciyə 13 manat xərclənəcək. O düşünür ki, ayrılan vəsaitin əksər hissəsi korrupsiya mənbəyidir:

"Yəni, nəzərə alsaq ki, mövcud komissiyalar sadəcə olaraq, bərpa olunur, onların maddi-texniki bazaları çoxdan hazırdır, yeni binaların tikilməsi xərcləri bura daxil deyil… Yalnız prezident seçkilərinin təşkili ilə bağlı xərclər ora daxildir. Bu məqsəd üçün 69 milyon manatdan çox vəsaitin ayrılması hesab edirəm ki, korrupsiyaya yol açır".

Qubad İbadoğlu müqayisə üçün yada salır ki, 2008-ci ilin prezident seçkisinə hardasa 17 milyon manat, 2013-cü ilin seçkisinə isə 55 milyon manat ayrılıb. Qubad İbadoğlu hesab edir ki, Mərkəzi Seçki Komissiyası bu vəsaiti necə xərcləməsi barədə ictimaiyyəti məlumatlandırmalıdır.

Bu fikirlərə Mərkəzi Seçki Komissiyasından hər hansı münasibət almaq mümkün olmayıb. Gün ərzində Komissiya ilə əlaqə saxlayıb suallarımıza cavab almaq cəhdlərimiz alınmadı.

REFERENDUM XƏRCLƏRİ...

Seçki və referendumların təşkilində dövlət vəsaitinin necə xərclənməsi əvvəllər də bir neçə dəfə qaldırılıb. Məsələn, 2016-cı ildə keçirilmiş referendumda dövlət pulunun xərclənməsinə dair o zaman AzadlıqRadiosu bir araşdırma aparmışdı. Həmin araşdırmada bəzi xərclər göstərilmişdi:

1 seçki qutusu - 239 manat

1 referendum bülleteni - 1 manat 72 qəpik

1 lampa (seçki kabinəsinə) - 24 manat 50 qəpik

1 seçki bildiriş vərəqəsi - 25 qəpik

Müqayisə üçün:

ABŞ-da - xüsusi kağızda və qoruyucu vasitələrlə 100 dollarlıq əskinasın çapı - 25 qəpik

Azərbaycanda - bir seçki bildirişinin çapı - 25 qəpikdir.

AzadlıqRadiosunun hazırladığı bu araşdırmaya da Mərkəzi Seçki Komissiyası hər hansı münasibət bildirməyib.

MSK NƏ QƏDƏR ŞƏFFAFDIR?

Demokratiyanı öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov deyir ki, əslində Mərkəzi Seçki Komissiyası seçkiyə hazırlıqla bağlı önəmli işlər görür. Bu işlər üçün də maliyyə lazımdır. Amma həmin işlərə çəkilən xərclə bağlı ictimaiyyət məlumatlandırılmalıdır:

"Kifayət qədər böyük bir fəaliyyət var ki, bu işin hər biri böyük maliyyə vəsaiti tələb edir. Mümkündür ki, bu il üçün ayrılan vəsait bu xərcləri də qarşılasın. Ancaq bizdə tam əminlik olması üçün yaxşı olardı ki, Mərkəzi Seçki Komissiyası da digər dövlət orqanları kimi bu xərclərin məbləği və istiqamətləri haqda məlumatları ictimaiyyətə açıqlasın".

Mirəli Hüseynov əlavə edir ki, Mərkəzi Seçki Komissiyası seçici siyahılarının yenilənlənməsindən tutmuş, təbliğat materiallarının hazırlanması, seçicilərə bildirişlərin göndərilməsi, bülletenlərin çapı və digər çoxsaylı işləri icra edir. Onun sözlərinə görə, bütün bu işlər seçkilərin effektli təşkili üçündür.

Bəs, Bakı sakinlərinin fikri nədir. Onların fikrincə, MSK seçkini necə təşkil edir, vətəndaşları seçkiyə cəlb etmək üçün lazım olan işlərin öhdəsindən necə gəlir? Bu videoya baxın:

Sizcə, MSK nə qədər effektiv çalışır?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Mərkəzi Seçki Komissiyası özünün rəsmi internet səhifəsində gördüyü işlər haqda tez-tez məlumat yayır.

Bunlar əsasən komissiyanın keçirdiyi seminarlar, seçkinin təşkili üçün görülən işlərdir. Amma komissiya bu işlərə çəkilən xərclə bağlı məlumat açıqlamır.

XS
SM
MD
LG