Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:17

Müxalifət qadağanın bərpasına çağırır


Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Dəyişən Konstitusiya İlham Əliyevi necə super prezidentə çevirir?

"Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklər edilməsi ilə bağlı bir çox partiyaların Milli Məclisə təkliflər verməsi Seçki Məcəlləsini də gündəmə gətirib. Bəzi partiyalar hesab edir ki, siyasi partiyalar haqqında qanunla yanaşı, Seçki Məcəlləsinə də uyğun dəyişikliklər olunmalıdır. Amma, hələlik, belə təkliflər parlament səviyyəsində ciddi dəstək qazanmayıb.

"Kifayət qədər demokratik seçki sistemimiz var"

Milli Məclisin deputatı Aqil Abbas "Turan"a deyib ki, Seçki Məcəlləsinə hər hansı dəyişikliklərin edilməsinə ehtiyac yoxdur: "Bunu təklif edən hansı dəyişikliklər istəyir? Proporsional sistem? Bəs partiya mənsubiyyəti olmayanlar onda nə etsin? Kifayət qədər demokratik seçki sistemimiz var, ona görə dəyişikliklərə ehtiyac yoxdur".

Hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da agentliyə bildirib ki, hazırda gündəmdə siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasıdır: "Gələcəkdə Seçki Məcəlləsinə də belə bir dəyişikliklərin olunması istisna edilmir. Onun da təkmilləşdirilməsinə ehtiyac varsa, onunla bağlı da addımlar atılacaq".

S.Həzi
S.Həzi

"Venesiya Komissiyasının standartlarına…"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə AzadlıqRadiosuna bildirib ki, ATƏT məkanında olan ölkələrin istər siyasi partiyalar, media haqqında qanunları və istərsə də Seçki Məcəlləsi Venesiya Komissiyasının standartlarına cavab verməlidir: "Siyasi partiyaların təsis olunması, fəaliyyəti və fəaliyyətini bitirməsi ilə bağlı Venesiya Komissiyasının standartları var. Seçki Məcəlləsi ilə bağlı da belə standartlar mövcuddur. Burada siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasının yolverilməzliyindən söhbət gedir".

O hesab edir ki, bütün hallarda qanunvericiliklə çoxpartiyalı sistem və partiyaların siyasi proseslərdə iştirakı stimullaşdırılmalıdır.

"Konstitusiyaya dəyişikliklər edilməlidir"

Müsavat Partiyasının başqanı Arif Hacılı da AzadlıqRadiosuna bildirib ki, əgər hakimiyyətin, doğrudan da, siyasi islahatlar aparmaq üçün siyasi iradə varsa, bu islahatlar "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklər edilməklə başlamamalıdır: "İlk növbədə Konstitusiyaya dəyişikliklər edilməlidir. Konstitusiyada vətəndaşların məhdudlaşdırılmış bir çox hüquqları bərpa edilməlidir".

Müsavat başqanına görə, parlament seçkiləri ilə əlaqədar proporsional seçki sisteminin bərpası və bir nəfərin iki dəfədən artıq dövlət başçısı seçilməsi ilə bağlı qoyulan məhdudiyyətin yenidən Konstitusiyaya daxil edilməsi təmin olunmalıdır. (2009-cu il referendumuna qədər həmin məhdudlaşdırıcı hal Azərbaycan Konstitusiyasında olub-red.)

A.Hacılı
A.Hacılı

A.Hacılının fikrincə, bundan sonra ən vacib məsələlərdən biri də Seçki Məcəlləsinin dəyişdirilməsidir: "Çünki indiki Seçki Məcəlləsi demokratik seçkilər keçirməyə imkan vermir. Faktiki olaraq seçki komissiyalarını tam şəkildə hakimiyyətin nəzarət altında saxlaması Seçki Məcəlləsi ilə təsbit olunub".

1/3…

Azərbaycanda hazırda mövcud olan qanunvericiliyə görə, seçki komissiyaları 1/3 prinsipi il formalaşıb. Yerlərdən 1/3-i hakim partiyaya, 1/3-i parlamentdəki azlıqda olan partiyalara, qalan 1/3 isə parlamentdəki bitərəflərə verilir.

Müxalifət iddia edir ki, əslində istər azlıq, istərsə də bitərəflər hakim marağı qoruduğundan komissiyalarda müxalif mövqe sərgilənmir. Hərçənd, komissiyalardakı tərəflər bu fikri əsassız sayırlar.

Xatırlatma

Bugünlərdə Azərbaycanda 29 partiya "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Lakin təklif müəllifləri arasında hakim Yeni Azərbaycan Partiyası (YAP) və AXCP, Müsavat Partiyası kimi müxalif qüvvələr yoxdur.

Orada partiya qeydiyyatının və parlamentdə fraksiya yaratmağın sadələşdirilməsi təklif edilir. Habelə vurğulanır ki, yeni qanuna seçkiləri davamlı olaraq boykot edən siyasi partiyanın qeydiyyatına yenidən baxılması kimi bənd də salınmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG