Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:12
Donald Trump
Donald Trump

Obama hakimiyyətin Trumpa ötürülməsinə göstəriş verib

Amerika Birləşmiş Ştatları noyabrın 8-də 45-ci prezidentini seçir. Bu seçkinin əsas anları ləngimədən, bütün detalları ilə AzadlıqRadiosu-nda.

12:57 9.11.2016

Trump-ın qələbə nitqi

Respublikaçılar partiyasından ABŞ prezidenti seçilən Donald Trump “bütün amerikalıların prezidenti” olacağını bəyan edib. O qələbə nitqində deyib ki, bundan sonra heç bir vətəndaş yaddan çıxmayacaq və potensialını tam açmaq üçün ona şərait yaradılacaq.

Trump bildirib ki, ölkənin köhnəlmiş infrastrukturu, yollar, körpülər, tunellər, hava limanları, eləcə də məktəb və xəstəxanalar bərpa ediləcək. Bununla da milyonlarla adama iş yerləri açılacaq. Trump deyib ki, başqa ölkələr və xalqlarla əməkdaşlıq edəcək, düşmənçilik yolu ilə getməyəcək.

12:44 9.11.2016

Putindən təbrik

Rusiya prezidenti Vladimir Putin Donald Trump-ı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Kremlin saytı xəbər verir.

Putin Trump-a yeni postda uğur arzulayıb.

12:32 9.11.2016

Birjalar qeyri-sabitdir

Donald Trump-ın prezident seçilməsinin iqtisadiyyatda qeyri-sabitlik yaradacağı qorxuları ABŞ birjalarına mənfi təsir edib. S&P 500 indeksi 5 faiz dəyər itirib.

London və Honk-Konq birjalarında da kəskin enmə var. Neft də ucuzlaşıb.

Qeyri-müəyyənlik qızıla tələbatı artırıb.

12:25 9.11.2016
Donald Trump
Donald Trump

Trump ailəsinə təşəkkür etdi

D.Trump onu dəstəklədiklərinə görə ailəsinin bütün üzvlərinə tək-tək təşəkkür edib. Əməyi keçən hər kəsə, sonda isə ABŞ kəşfiyyat xidmətinə minnətdarlığını bildirib, kəşfiyyat orqanlarının çox yaxşı işlədiyini xüsusi vurğulayıb.

Davamı

XS
SM
MD
LG