Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Prezidentliyə namizədlərdən vədlər yağışı: 'Mən seçilsəm...' [video]


Prezidentliyə namizədlərin hansı vədlərinə inanırsız?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Prezidentliyə namizədlərin hansı vədlərinə inanırsız? [A-Live]

Azərbaycanda prezident olmağa iddialı namizədlərin ölkənin gələcəyi ilə bağlı vədləri nədir? Seçicilərinə nələri söz verirlər?

Namizədlərin ictimai televiziyada debatlarda səsləndirdikləri vədlərdən bəzilərini izləyək:

Razi Nurullayev: "Söz verdiyim kimi hər bir ailəyə öz şəxsi biznesini yaratmaq üçün 10 min manat vəsait veriləcək. Azərbaycanın bu vəsaiti var".

Fərəc Quliyev: "Tam qətiyyətimlə deyirəm ki, mən etimad qazansam məmurlardan, oliqarxlardan oğurlanmış vəsaitlərin ən azı Gürcüstan variantı ilə alınmasını təmin edəcəm".

Qüdrət Həsənquliyev: "28 yanvar 2014-cü ildə konstitusiya məhkəməsi qərar qəbul edib ki, şəhid ailələrinə 11 min manat ödənilməlidir. Çox təəssüf ki, bu qərar təmin edilməyib. Mən sizi əmin edirəm ki, etimad göstərsəniz bu vəsait şəhid ailələrinə və Qarabağ əlillərinə ödənəcək".

Buna da bax: Debatlar başladı: 'Sizin üçün ayrılmış 7 dəqiqə...' [video]

HƏR AİLƏYƏ 10 MİN MANAT, ÜMUMİLİKDƏ 28 MİLYARD ÖDƏMƏK NƏ QƏDƏR REALDIR?

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Bəs, səslənən bu vədləri gerçəkləşdirmək nə qədər realdır. İqtisadçı Nazim Bəydəmirli təəssüflə bildirir ki, vədlərin çoxu qeyri realdır. Məsələn, hər ailəyə 10 min manat verilməsi vədi. Rəsmi statistikaya görə Azərbaycanda 2 milyon 85 min ailə var. Hər ailəyə 10 min manat verilsə bu 28 milyard manat edir. Yəni, Azərbaycanın bir illik büdcəsindən 8 milyard daha çox:

"İkinci bir məsələ peşəkar ordunun yaradılması. Bu yaxşı təşəbbüsdür. Amma onun sayı, təchizat, maddi təminat Azərbaycanın dövlət büdcəsinin gücündə deyil. Başqa bir vəd vətəndaşlara verilən kreditlərin dövlət büdcəsi hesabına ödənməsi ilə bağlıdır. Bu da olduqca qeyri-adekvat bir vəddir".

Nazim Bəydəmirli düşünür ki, səslənən vədlərin əksəriyyəti qeyri-real, populist çıxışlardır.

Buna da bax: Prezidentliyə namizəd: 'Bizim materiallar nə zaman çap olunacaq, Allah bilir...'

İLHAM ƏLİYEVİN 2018-2025-Cİ İL HƏDƏFLƏRİ...

Namizədlərdən yalnız hakim Yeni Azərbaycan Partiyasından İlham Əliyevin 2018-ci il seçkiləri ilə bağlı web səhifəsi var. Orada elan edilən əsas seçki vədlərinə qısa nəzər salaq:

- Ümumi daxili məhsulun hər il 3%-dən çox artmasına nail olmaq;
- Kiçik və orta sahibkarlığa dövlət dəstəyini daha da artırmaq;
- Pensiyaların artırılması, çoxuşaqlı ailələrin, əlillərin sosial müdafiəsini gücləndirmək;
- Sosial ipoteka və sosial mənzil tikintisinin artırılması;
- Səhiyyədə “xəstəliklərin müalicəsi” prinsipindən “xəstəliklərin profilaktikası” prinsipinə keçidin təmin edilməsi;

Prezident İlham Əliyev və komandası ötən seçkilərdə verilən vədlərin gerçəkləşdiyini bəyan edir. Ölkə iqtisadiyyatının inkişaf etdiyi, sosial siyasətin uğurla həyata keçirildiyi vurğulanır.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Amma hətta rəsmi statistika belə, ötən beş ildə yoxsulluğun artdığını göstərir. Dövlət statistika komitəsinin məlumatına görə, 2013-cü ildə yoxsulluq 5,3 faiz idisə, 2016-cı ildə bu rəqəm 5,9 faiz olub. Başqa sözlə yoxsulluq azalmaq əvəzinə artıb.

Bəs Bakı sakinləri İlham Əliyev də daxil, digər namizədlərin bu ilki seçkilərlə bağlı hansı vədlərini eşidiblər? Bakıda rastımıza çıxanlardan soruşmuşuq ki, prezidentliyə namizədlərin hansı vədləri yadınızda qalıb?:

Prezidentliyə namizədlərin hansı vədləri yadınızda qalıb?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

SEÇKİLƏRİN İMİTASİYASI?

Seçki və təbliğat dövründə siyasətçilərin qeyri-real vədlər vermələri yəqin ki, əksər ölkələrin təcrübəsində də rast gəlinən, sürpriz olmayan haldır. Seçkilərin Monitorinqi və Təhlili Mərkəzinin rəhbəri Anar Məmmədli düşünür ki, Azərbaycanda durum bir qədər fərqlidir. Burada seçkilərin ancaq görüntüsü var. Ona görə də namizədlər seçicilərdən səs almaq üçün seçki planı hazırlamır, verdikləri vədlər üzərində götür qoy etmirlər.

Buna da bax: Milli Şura və Müsavat birgə mitinq keçirdi [video, foto]

Bu seçkidə müxalifət partiyalarının əksəriyyəti, o cümlədən Milli Şura və Müsavat Partiyası iştirak etmir. Onlar seçkidə bərabər rəqabət şəraiti olmadığı üçün bu seçkini boykot ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG