Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 17:09

Debatlar başladı: 'Sizin üçün ayrılmış 7 dəqiqə...' [video]


İlham Əliyevsiz keçən debatda nələr müzakirə edilir?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

İlham Əliyevsiz keçən debatda nələr müzakirə edilir?

Martın 19-dan Azərbaycanda prezidentliyə 8 namizədin ilk debatı başladı. Namizədlər və onların səlahiyyətli nümayəndələrinin ilk debatında mövzu iqtisadiyyat idi. Lakin debata qatılanlar vaxtlarının çoxunu rəqiblərinə ittihamlar, xarici ölkələrdə Azərbaycanla bağlı keçirilən etiraz aksiyalarına sərf etdilər.

Məsələn, namizədlərdən biri olan Hafiz Hacıyev 7 dəqiqəlik çıxışın az qala hamısını azərbaycanlı fəalların xarici ölkələrdəki aksiyalarından danışdı.

İctimai televiziyada gedən debatlarda namizədlərin hər birinə 7 dəqiqə vaxt verilib. Seçki Məcəlləsinə görə pulsuz efir vaxtı zamanı namizədlər öz seçki proqramları haqda seçicilərə məlumat verməli, başqa sözlə, bir seçici niyə öz səsini ona verməlidir sualını cavablandırmalıdır.

Buna da bax: Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

İctimai Televiziyada prezidentliyə namizədlərin debatı. 19 mart 2018
İctimai Televiziyada prezidentliyə namizədlərin debatı. 19 mart 2018

Başqa bir prezidentliyə namizəd Fərəc Quliyev düşünür ki, pulsuz efir vaxtında o öz proqramı haqda detallı məlumat verə bildi:

“Mənim müxalifətçiliyim kimisə tərifləməkdən və kimisə qərəzli şəkildə pisləməkdən ibarət deyil. Mən kim tərəfindən olursa olsun, milli mənafelərimə uyğun olan bütün deyilənləri və hərəkətləri müdafiə edirəm. Milli mənafelərə uyğun olmayan, zidd olan- kim tərəfindən deyilməsinin və həyata keçirilməsinin dəxli yoxdur - bütün o proseslərin qarşısındayam, İstəyir müxalifət, istəyir iqtidar. Yəni, mənim üçün milli maraqlar hər şeydən üstündür”.

Bəs, əslində seçicilər namizədlərin hansı mövzulara toxunmalarını, hansı problemlərdən danışmalarını istəyərdilər?

Azərbaycanda namizədlərin 20 günlük təbliğat-təşviqatına start verildi.

Buna da bax: Tolstoy. Hakimiyyətə soxulan yaltaq və axmaqlara niyə tabe olmalıyam?

Siyasi şərhçi Rauf Mirqədirov düşünür ki, normal ölkələrdə partiyaların ideologiyası, konkret planı olur. Debatlar zamanı da namizədlər öz ideologiyalarına seçiciləri inandırmağa çalışırlar. Amma Azərbaycanda durum fərqlidir:

Rauf Mirqədirov
Rauf Mirqədirov

“İdeyaların, fikirlərin, proqramların sağlam mübarizəsi sağlam siyasəti rəqabət, siyasi mühit olan yerlərdə olur. Azərbaycanda isə prezidentliyə namizədliyi qəbul olunanlar 2 qrupa bölünür. Birinci qrup hakim partiya və onun nümayəndələrinin debatlarda səsləndirmək istəmədiyi fikirləri səsləndirənlərdir. Yəni, müxalifət təhqir etmək, yarı böhtan, yarı gerçək faktları müzakirəyə çıxarıb, müxalifəti gözdən salmaq. İkinci qrup isə siyasətdən bir gəlir yeri kimi istifadə etmək istəyirlər”.

Buna da bax: Azərbaycanda seçki təşviqatı başlayır

Rauf Mirqədirov əlavə edir ki, belə bir durumda hansısa namizəddən yeni ideya, yeni proqram eşitmək sadəlövhlük ola bilər.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, namizədlərin ilk debatında yeni nələr eşitdiniz:

Prezidentliyə namizədlərin ilk debatında yeni hansı fikiri eşitdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

İctimai televiziyada keçirilən ilk debata prezidentliyə namizəd və hazırkı prezident İlham Əliyev qatılmayıb. Onu bu debatda hakim partiyanın icra katibi Əli Əhmədov təmsil edib. O İlham Əliyevin prezidentliyi dövründəki uğurlardan danışıb:

Buna da bax: Fəvvarələr meydanında 'Azad seçki' şüarı səsləndirilib [Video]

"Gəlirlərin azalması ilə əlaqədar müəyyən problemlər yaşanılsa da Azərbaycan hakimiyyəti və hakimiyyəti sosial layihələri nə azaldıb, nə də ixtisara salıb".

Namizədlərin çıxışlarında adı çəkilənlərin əksəriyyəti hələlik ittihamlara şərh vermirlər. Amma namizədlərin az qala hamısının toxunduqları azərbaycanlı fəalların xarici ölkələrdəki aksiyaları və sosial mediada qarşılıqlı söyüşmələr son bir neçə həftədə demək olar əksər polemikaların başlıca mövzusuna çevrilib. Yerli mediada təhlilçilər qarşıdakı bir neçə həftədə - seçki təbliğatı dövründə bu tendensiyanın daha da dərinləşə biləcəyini söyləyirlər.

Buna da bax: Milli Şura və Müsavat birgə mitinq keçirdi [video, foto]

Milli Şura, Müsavat Partiyası və əksər müxalifət partiyaları Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkisini boykot edib. Onlar bu qərarlarını növbədənkənar prezident seçkilərinin azad və ədalətli keçirilməyəcəyi ilə əsaslandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG