Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

ATƏT-dən Elmar Məmmədyarova cavab


ATƏT-dən Elmar Məmmədyarova cavab
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

ATƏT-dən Elmar Məmmədyarova cavab

►ATƏT Azərbaycana Belarus və Qazaxıstan kimi yanaşıbmış...

"ATƏT 100 milyondan çox əhalisi olan üzv dövlətlərə 400-500 müşahidəçi göndərdiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 400 müşahidəci göndərmək istəyirsə, bu, normal məntiqə sığmır və tam qeyri-mütənasibdir".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Azərbaycan müşahidəçi sayının 3 dəfə azaldılmasını istəyəndən sonra ATƏT parlament seçkilərini izləməkdən imtina edib.

Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Thomas Rymer AzadlıqRadiosuna deyir ki, müşahidəçilərin sayı bir neçə amildən asılıdır:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu mühahidəçilərinin sayı təkcə ölkənin cografi ərazisi və seçici sayından deyil, həm də qiymətləndirmə missiyasının müəyyənləşdirdiyi ehtiyac və konkret məsələlərdən asılıdır”.

Buna da bax: Hökumət Azər Səmədovu Avropada da rahat buraxmır

Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 2013-cü ildə Ermənistana (əhali 3 mln.) 274, 2014-cü ildə Özbəkistana (əhali 30 mln.) - 20, Moldovaya (əhalisi 3 mln.) - 222, Ukraynaya (əhalisi 44,5 mln.) - 680, 2015-ci ildə Tacikistana (əhalisi 8 mln.) -30 seçki müşahidəçisi göndərib. Bu il Qazaxıstan (əhalisi 17 mln.) və Belarusda (əhalisi 9,5 mln.) keçiriləcək prezident seçkilərinə, uyğun olaraq, 430 və 436 müşahidəçi göndərilməsi planlaşdırılır.

Seçki eksperti Mirəli Hüseynov bildirir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidəçi sayını bəzi qiymətləndirmələrdən sonra dəqiqləşdirir:

“ATƏT seçkidən əvvəl özünün müəyyən qiymətləndirmə missiyasını göndərir. Bu missiya ölkədəki seçkiöncəsi durumu araşdırır. Siyasi partiyalarla, hökümətlə, ekspert və media nümayəndələri ilə görüşlər keçirlir. Seçkiöncəsi mühitin seçkiləri nə qədər azad və ədalətli keçirməyə imkan verməsi qiymətləndirilir. Bundan sonra müşahidəçi sayı müəyyənləşdirilir”.

Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ardından AŞ Parlament Assambleyası da Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməmək qərarına gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG