Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 01:38

Seçkilərdə pulsuz efir söhbətləri...


Namizədlərin qeydiyyatı bitir, indiyə qədərki proseslər ekspert şərhində
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Namizədlərin qeydiyyatı bitir, indiyə qədərki proseslər ekspert şərhində

Bu gün, yanvarın 17-də Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin təşviqatı başlayıb.

Seçkiqabağı təşviqat fevralın 8-i saat 08:00-dək davam etməlidir.

Seçki qanunvericiliyinə görə, yalnız 60 dairədə namizədi qeydə alınan seçki bloku və ya siyasi partiya pulsuz efir əldə edə bilər.

B.Hacıyev
B.Hacıyev

Bitərəf namizəd Bəxtiyar Hacıyev AzadlıqRadiosuna deyib ki, majoritar (namizədlər partiya siyahısı ilə təqdim edilmir) seçki sistemində namizədinin qeydə alınması əsasında bir partiyaya pulsuz efir vaxtı verilməsi, həmin sayda namizədi olmayan partiyalara və ya bitərəf namizədlərin bu imkandan məhrum olması Seçki Məcəlləsində ədaləti pozan ən böyük qüsurlardan biridir:

«Hakim partiya bir addım öndə başlayır»

«Belə yanaşma ədalətsizlikdir. İndiki halda Azərbaycanda Yeni Azərbaycan Partiyası bu məsələdə istisnadır. Bu o deməkdir ki, hakim partiya seçki təbliğatına digərlərindən bir addım öndə başlayır».

Üstəlik, o hesab edir ki, pullu efir vaxtı bahadır. B.Hacıyev deyib ki, bu da ancaq varlı, böyük resurslara malik qüvvə və şəxslərə pullu təbliğat imkanı yaradır. Deputatlığa namizədin fikrincə, bu hal da yenə seçkilərin ədalətli olması prinsipini pozur.

B.Hacıyev vurğulayıb ki, indiki mərhələyə kimi hakimiyyət ədalət prinsipini kobud şəkildə pozmamaqla ədalətli seçki görüntüsü yaratmaq məqsədi güdüb.

G.Aslanlı
G.Aslanlı

Müsavat Partiyası Seçki Qərargahının sədri Gülağa Aslanlıya görə, qanunvericiliyə edilən dəyişikliklərlə son seçkilərdə təbliğat müddətinin 60 gündən 21 günə qədər azaldılması özü namizədlərlə seçicilər arasında ünsiyyətin alınmamasına yönəlib:

«Orta aylıq əməkhaqqının nə qədər olduğunu bilmirlər»

«İctimai TV-də bir dəqiqə efir vaxtı təqribən 4 min manata bərabərdir. Bu isə belə təsəvvür yaradır ki, sanki, bu insanlar Azərbaycanda yaşamır. Orta aylıq əməkhaqqının nə qədər olduğunu bilmirlər? Bu isə ölkədə ancaq oğurluq, korrupsiya, haram yolla pul sahibləri olanlar üçün efir vaxtı deməkdir. Azərbaycanda halal şəkildə 1 dəqiqədə 4 min manat qazanan hətta oliqarx da olmaz. Bunu etməkdə məqsəd namizədlərlə seçicilər arasında ünsiyyətin olmamasına hesablanıb».

G.Aslanlı deyib ki, onlardan Müsavat Partiyasının siyahısı ilə 20-dən çox, partiya mənsubiyyətini göstərməklə fərdi qaydada isə 50-dən çox namizəd qeydə alınıb.

İ.Məmmədov
İ.Məmmədov

«İnternet, sosial şəbəkələr, mobil əlaqələr...»

ReAL Partiyasının sədri İlqar Məmmədovun isə bildirməsinə görə, təsis etdikləri ReAL Cümhuriyyətçilər İttifaqının 31 namizədi qeydə alınıb.

Pullu efirin bahalı olması ilə bağlı deyilənlərə gəldikdə isə, ReAL sədri alternativ imkanlardan danışıb: «Belə ki, internet, sosial şəbəkələr, mobil əlaqələr sistemi bu məhdudiyyətin yerini doldurmağa imkan verir».

İ.Məmmədova görə, Seçki Məcəlləsində pozuntulara yol aça bilən daha ciddi uyğunsuzluqlar var: «Yanvarın 16-da ATƏT-in müşahidəçiləri ilə görüşdük, onlara həmin uyğunsuzluqlar barədə danışdıq. Bura partiyanın namizədləri olaraq mənim, Rəsul Cəfərovun və Zaur Qurbanlının üzərindən məhkumluğun götürülməməsi ilə bağlı seçkilərə buraxılmamağımız və başqa məsələlərə aiddir».

YAP tərəfdarları
YAP tərəfdarları

YAP pulsuz efirdən imtina edir

APA saytının xəbərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) isə növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir. Saytın məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Bundan əvvəl keçirilən (2015-ci il noyabr) parlament seçkilərində də eyni hal yaşanmış və YAP pulsuz efirdən imtina etmişdi. Onda da həmin partiya bunu bütün siyasi qüvvələrə bərabər imkanların yaradılması istəyi ilə izah etmişdi.

Tanıdığınız məhşurlardan kimlərin deputat olmasını istərdiz?
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Onların fikrincə, parlament seçkilərini önə çəkməkdə məqsəd opponentləri hazırlıqsız vəziyyətdə belə bir proseslə üz-üzə qoymaqdır.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG