Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:22

Seçki pozuntaları olub. Cəzalandırılanlar da olacaqmı? (VIDEOLAR)


Koronavirus: Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirilib
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Koronavirus: Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirilib

Mərkəzi Seçki Komissiyası 9 fevral parlament seçkilərində 4 dairənin, 100-dən çox məntəqənin nəticələrini ləğv edib. Komissiya qərarını seçki pozuntularının aşkarlanmasıyla izah edib.

Bəs, seçkidə hansı pozuntu cinayət sayılır, sayılırsa, bu əməlin cəzası nədir?

Hüquqşünas Fuad Ağayev deyir ki, hansısa məntəqədə və ya dairədə nəticələrin ləğvi orada cinayət əməlinin olması anlamına gəlmir. Amma vəkil əlavə edir ki, Azərbaycan reallığında hətta nəticəsi ləğv olunmayan məntəqələrdə belə hansısa cinayət əməlinin olma riski yüksəkdir və bu araşdırılmalıdır:

“Bir məntəqəyə tutalım 50 nəfər seçici gəlib, amma həmin məntəqədə 600 səs hesablayıblarsa, deməli burada hansısa cinayət əməli olub”.

Seçkini saxtalaşdıranlar necə cəzalana bilər?
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Azərbaycan cinayət məcəlləsində seçki pozuntularına görə cinayət əməlləri və onlara görə cəzalar göstərilir.

Həmin cinayət hesab olunan əməllərin bəziləri və onlara görə cəzalar belədir:

Seçki kampaniyalarına müdaxilə və ya onu pozma: 2 mindən 4 min manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə.

Başqasının əvəzinə səsverməyə şərait yaratma: 3 mindən 6 min manata qədər cərimə və ya 2 il azadlıqdan məhrumetmə.

Komissiyası üzvlərinin sənədləri saxtalaşdırması, səsləri düzgün hesablamaması, səsvermənin gizliliyini pozması - 2 min 5 yüz manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər islah işləri ilə cəzalanma.

Kənar şəxslərin seçki sənədlərini saxtalaşdırması, seçki qutusuna 1-dən çox bülleten atması - 2 min 5 yüz manatdan 5 min manata qədər cərimə və ya 1 ilə qədər islah işləri.

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, seçki eksperti Akif Qurbanov deyir ki, pozuntuları məntəqə komissiya sədrləri və ya onun üzvləri törədəndə, onların vəzifə səlahiyyətlərindən istifadə maddəsi üzrə cəzaları daha da sərtləşdirilə bilər. Amma o hesab edir ki, Azərbaycanda kiminsə seçki pozuntusuna görə cinayət məsuliyyətinə cəlb edilməsi siyasi iradədən aslıdır:

“Çox təəssüflər olsun ki, belə hallar siyasi hakimiyyət tərəfindən dəstəklənir. Ona görə də komissiya üzvlərini bu tipli davranışlar çəkindirmir”.

Azərbaycanda kiminsə seçki pozuntusuna görə hansısa cinayət məsuliyyətinə cəlb edilməsi haqda ətraflı məlumat yoxdur.

Deputatlığa namizədlər etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Bir dəfə olub...

Yerli mediada indiyə qədər yalnız bir halda seçki məmurunun cəzalandırılmasına dair məlumata rast gəldik.

2005-ci il parlament seçkilərində tanınmış müğənni Flora Kərimovanın namizədliyini irəli sürdüyü dairənin sədri islah işlərinə cəlb edilib.

Həmin iş üzrə vəkil olan Fuad Ağayev deyir ki, orada sənədlərin saxlaşdırılması, səslərin düzgün hesablanmaması, hakim partiyanın namizədinin xeyrinə saxtalaşdırma kimi bir çox əməllər olmuşdu.

Onun sözlərinə görə, həmin dairə seçki komissiyasının sədri öncə yalnız islah işləri ilə cəzalandırılıb, az sonra isə mükafatlandırılıb:

“Yəni, bu münasibət komissiya üzvlərini, inzibati orqanların işçilərini daha da şirnikləndirir. Onlar hətta daha ciddi seçki pozuntularının təkrarlanmasına meyilli olurlar”.

Mərkəzi Seçki Komissiyası seçki pozuntularının dəqiqliklə araşdırıldığını, hər hansı pozuntu qeydə alınsa, qanuna uyğun addımlar atıldığını bəyan edir.

Hərçənd seçkidən narazı qalan namizədlər pozuntuların obeyktiv araşdırılmadığını, ciddi seçki pozuntularına göz yumduqlarını bəyan edirlər.

Buna etiraz olaraq, 9 fevral seçkilərindən bəri az qala hər gün aksiyalar keçirlir. Bəzi namizədlər isə artıq məhkəmələrə də üz tutublar. Avropa Məhkəməsinəcən gedib, öz hüquqlarını qoruyacaqlarını bəyan edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG