Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:18

Sechin ABŞ-ı öz neftini satmaq üçün başqalarına sanksiya qoymaqda ittiham edir


Igor Sechin
Igor Sechin

Rusiyanın ən böyük dövlət neft şirkətinin rəhbəri iddia edib ki, Birləşmiş Ştatlar sanksiyalardan başqa enerji istehsal edən ölkələrin Texas neftinin xeyrinə bazarlardan çıxarılması üçün istifadə edir.

Rosneftin rəhbəri Igor Sechin bu barədə bəyanatı iyunun 6-da Sankt Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda verib. Sankt Peterburqda hər il keçirilən bu forumda xarici investorlar iştirak edirlər. Sechin bu tədbirdəki çıxışında deyib:

‘’Texasda neft hasilatının artmaqda davam etməsi yeni sanksiya qurbanları tələb edə bilər və bu qurbanlar hər hansı neft hasil edən ölkə ola bilər”.

Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan Sechin bu bəyanatı ilə ABŞ-ın 2015-ci ildə ABŞ-dan neft ixtacatına qadağanın qaldırılmasına işarə edib. ABŞ-da yerli neft hasilatında texnologiyaların inkişafı Texas neftinin maya dəyərini xeyli aşağı salıb.

Sechin deyib ki, əgər ABŞ-dan neft ixracına qadağan qaldırılmasaydı, sanksiyalar olmayacaqdı.

Bu ilin əvvəllərindən ABŞ-ın neft hasilatı günə 12 milyon barreli keçib. Bu, Rusiyanın neft hasilatından çoxdur.

Təkcə Texas neftinin hasilatı bu il gündə 5 milyon barrelə çatıb.

Bu, İranın, Venesuelanın və Livanın birlikdə gundə hasil etdikləri neft qədərdir.

Vaşinqton OPEC-in ən böyük neft hasilatçılarından olan İran və Venesuelaya sanksiyalar elan edib.

ABŞ Dövlət Departamenti Sechin-in bəyanatı ilə bağlı heç bir reaksiya verməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG