Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdı


Scott Morrison
Scott Morrison

Avstraliya Qərbi Qüdsü (Yerusalim) İsrailin paytaxtı kimi tanıyıb.

Bunu şənbə günü-dekabrın 15-də ölkənin baş naziri Skott Morrison (Scott Morrison) bəyan edib.

Amma o qeyd edib ki, Fələstinlə İsrail arasında sülh razılaşması əldə olunmayınca,Avstraliya öz səfirliyini Qüdsə köçürməyəcək.

Amma Qüdsdə Avstraliyanın ticarət və hərbi nümayəndəliyi açılacaq.

Morrison qeyd edib ki, onun ölkəsi müstəqil Fələstin dövləti yaradılmasını dəstəkləyir və Şərqi Qüdsün onun paytaxtı olmasını tanımağa hazırdır.

Qeyd edək ki, ilin əvvəllərində prezidenti Donlad Trumpın qərarı ilə ABŞ öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürdü.

Amma əksər ölkələrin səfirlikləri hələ də Tel-Əvivdə qalır.

İsrail konstitusiyasına görə, Qüds onun paytaxtıdır.

BMT və əksər dünya ölkələri isə hesab edirlər ki, bu şəhəein yalnız qərb hissəsi ona aiddir.

Fələstin Muxtar ərazilərinin rəhbərliyi paytaxtı Şərqi Qüds olmaq şərti ilə müstəqil Fələstin dövləti qurmağa çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG