Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:40

Sayt rəhbərinə 12 il həbs cəzası verildi


Mahmud Tağıyev
Mahmud Tağıyev

“Qafqaz” xəbər agentliyi kimi qeydiyyatdan keçmiş qafqaznews.az saytının rəhbəri Mahmud Tağıyev 12 il azadlıqdan məhrum edilib.

Aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmlə Mahmud Tağıyev CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinib.

Mahmud Tağıyev müxtəlif adamları barələrində intim məlumatları yaymaqla hədələyib, onlardan pul almaqda ittiham olunur/

İş üzrə dörd nəfər zərərçəkmiş var - “Surat AZ LTD” MMC-nin rəhbəri Xaliq Abbasov, “North-West Construction” MMC-nin icraçı direktoru Elçin Bədəlov, “Yuxa” restoranının sahibi Azər Həsənov və Toğrul Tağıyev.

İddia olunur ki, təqsirləndirilən sayt rəhbəri T.Tağıyevdən 120 min, E.Bədəlovdan 80 min, X.Abbasovdan 20 min, A.Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə alıb. Zərərçəkən T.Tağıyev sayt rəhbərinin qaynıdır.

Amma Mahmud Tağıyev özünü təqsirli bilmir və sifarişlə həbs olunduğunu söyləyir. O bildirib ki, Baş Prokurorluqda çalışan yüksək vəzifəli şəxslərdən birinə əmlakını 400 minə satsa da, pulunu ala bilməyib. Pulunu tələb edəndə isə hədələnib.

Mahmud Tağıyevin sözlərinə görə, qaynı T.Tağıyev də həmin vəzifəli şəxsə yaxındır. Bu üzdən qaynından istifadə edərək, onu şərləyiblər:

“Bu ittihamı sübuta yetirə bilmədiklərinə görə başqa saxta ittihamlar da düzüb-qoşublar”.

XS
SM
MD
LG