Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Saytların bloklanmasıyla bağlı proses yenə ertələndi


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycanda AzadlıqRadiosunun (azadliq.org), «Azadlıq» qəzetinin, MeydanTV-nin, Turan TV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarına girişin məhdudlaşdırılması haqda məhkəmə qərarı mayda çıxarılsa da, hələ qüvvəyə minməyib. Çünki adları çəkilən media orqanları qərardan apellyasiya şikayəti veriblər. Amma aylardır ki, şikayətə baxılması yubanır.

İlk dəfə Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası noyabrın 7-nə təyin olunsa da, hakim Abidin Hüseynovun məzuniyyətdə olması səbəbindən dekabrın 5-nə təxirə salınmışdı.

Dekabrın 5-də isə bəlli olub ki, iddiaçı tərəfin - saytları bloklayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri məhkəməyə gəlməyib.

Hakim sayt təmsilçilərindən işə iddiaçının iştirakı olmadan baxılıb-baxılmaması məsələsi ilə bağlı fikirlərini soruşub. «Azadlıq» qəzeti, «Turan TV» və «Azərbaycan saatı»nın nümayəndəsi Cavad Cavadov deyib ki, qarşı tərəfin iştirakı vacibdir. Çünki onlara sualları, vəsatətləri olacaq.

AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov iddiaçı tərəfin iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib. Amma A.Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəflərin hamısının iştirakının təmin olunması üçün məhkəməni dekabrın 19-na saxlayıb.

Müstəqil saytlara qarşı hansı ittiham irəli sürülüb?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Xatırlatma

Martın sonundan AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG