Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:41

Elinanın oxuduğu məktəbin direktoru ev dustağı oldu


Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib

Bakı Şəhər Prokurorluğu bu gün, aprelin 16-da 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı yeni məlumat yayıb.

Məlumatda bildirilir ki, fakt ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Həmçinin bildirilir ki, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirmədiyinə əsaslı şübhələr yaranıb. «...Habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağrılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilmişdir», - prokurorluq vurğulayır.

Məlumatda qeyd edilir ki, S.Abbasova bu il aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

«Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir», - prokurorluq vurğulayır.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Orta məktəbdə müəllimlərin şagirdlərlə rəftarında sizi nə qane etmir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələnin daim nəzarətlərində olduğunu və onların lazımı addımları atdığını açıqlamışdı.

Report agentliyinin məlumatına görə, Sevinc Abbasova intihar etdiyi bildirilən məktəbli qızın daha əvvəl 49 nömrəli “İntellekt” məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil aldığını söyləyərək onun ötən ilin noyabrında 162 saylı məktəbə köçürüldüyünə diqqət çəkmişdi.

“Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə məktəb psixoloqunun da iştirakı ilə bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub”, - direktorun yaydığı məlumatda belə yazılırdı.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilir.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Artıq E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Təhsil Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətinin aprelin 12-də yaydığı məlumatda bildirilirdi ki, hazırda cinayət işi üzrə E.Hacıyevanın ölümünün səbəbi, müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, ona xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması araşdırılır. «Onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir», - birgə açıqlamada yazılıb.

XS
SM
MD
LG