Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:17

Viruslar Saxaradan Kanadaya necə gedir


Saxara səhrasında dəvələr
Saxara səhrasında dəvələr

Quraq Saxara səhrası (Böyük Səhra) əslində həyatla doludur. Söhbət mikroskopik həyatdan gedir. Ancaq bu mikroblar qumda qalmır. Milyonlarla növ virus və bakteriya, o cümlədən ölümcül növlər kiçik səhra tozu hissəcikləri ilə birlikdə troposferin 2500 metrədək hündür qatlarına qalxaraq dünyanın yarısını gəzir.

Beynəlxalq alimlər qrupu bu mikrobların uzun məsafəyə daşınmasının detallarını araşdırır.

Alimlər İspaniyanın Syerra-Nevada dağlarında hündür bir yerdə platformalar yaradıblar. Burada onlar hər gün hər kvadratmetrə on milyonlarla bakteriya və bir milyarda yaxın virus aşkarlayıblar.

Hər insana 25 virus

«Hər gün bu platformalarda hər kvadratmetrə 800 milyonadək virus toplanır. Bu, Kanadada yaşayan hər insana 25 virus deməkdir», – Kanadanın Britaniya Kolumbiyası Universitetindən viroloq Curtis Suttle deyir. Suttle tədqiqatın əsas müəlliflərindən biridir.

«Təqribən 20 il öncə biz dünyanın fərqli yerlərində və tamamilə fərqli şəraitlərdə genetik oxşar viruslar aşkarlamağa başladıq. Atmosfer qatında hərəkət edən bu ...virusların aşkarlanması bunu izah edə bilər. Virusun bir qitənin üzərində atmosferə qalxması və başqa bir qitəyə daşınması fikri yetərincə ağlabatandır», – Suttle deyir.

Saxara səhrasına qar yağıb. 7 yanvar 2018
Saxara səhrasına qar yağıb. 7 yanvar 2018

C.Suttle İspaniyadakı Qranada və Kaliforniyadakı San-Dieqo universitetlərindəki həmkarlarıyla birlikdə nə qədər belə materialın atmosferin 2500 - 3000 metr yüksəklikdəki qatlarına gedib çıxa bildiyini müəyyənləşdirməyə çalışıblar. Məhz bu yüksəklikdə hissəciklər atmosferin aşağı qatı olan troposferdə uzun məsafəyə nəql oluna bilir.

İspaniyanın Qranada Universitetinin mikrob ekologiyası mütəxəssisi Isabel Reche deyir: «Saxara səhrasında viruslar varsa, onlar atmosfer cərəyanları sayəsində minlərlə kilometr məsafə qət edərək Amazoniyaya qədər gedib çıxa bilirlər. Yaxud da, okeanın səthində olan viruslar Avropaya qədər gəlib çıxa bilir».

Rəqəmlər çox böyükdür

Alimlər müəyyən ediblər ki, əksər viruslar dəniz suyunun çilənməsi yoluyla havaya qalxır. Bu kiçik hissəciklər havada asılı qalır. Uzun müddət atmosferdə qalan hissəciklər sonradan yağış və toz tufanları ilə birlikdə yerə qayıdır.

«İşimizin əhəmiyyəti bu rəqəmlərin kiçik olmadığını, çox böyük olduğunu göstərməkdən ibarətdir. Fərqli yerlərdə və fərqli şəraitlərdə oxşar, demək olar ki, identik virusların aşkarlanması bu tədqiqata böyük töhfə olardı», – I.Reche deyir.

Artıq 20 ilə yaxındır ki, alimlər dünyanın müxtəlif yerlərində və tamamilə müxtəlif şəraitlərdə genetik oxşar viruslar aşkarlamağa başlayıblar. Artıq bunun səbəbi bəllidir.

Tədqiqatın «International Society for Microbial Ecology» jurnalında dərc edilmiş nəticələri dünyanın nə dərəcədə mürəkkəb, onun komponentlərininsə bir-birinə sıx bağlı olduğunu bir daha sərgiləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG