Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 19:34

Səudiyyə deyir ki, Khashoggi-nin ölümü planlaşdırılıbmış


Səudiyyə Ərəbistanının prokuroru deyib ki, jurnalist Jamal Khashoggi-nin krallığın İstanbuldakı konsulluğunda öldürülməsi əvvəlcədən planlaşdırılıb. Ər-Riyad bundan əvvəl jurnalistin istəməyərəkdən öldürüldüyündə israr edirdi.

ABŞ-da daimi yaşayan Washington Post yazarı, 59 yaşlı Khashoggi Səudiyyə monarxiyasını kəskin tənqid edirdi. O oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna getdikdən sonra yoxa çıxıb.

Səudiyyə prokuroru Saudi bin Abdullah-ın oktyabrın 25-də ölkənin SPA rəsmi xəbər agentliyi vasitəsilə yayılmış bəyanatında deyilir: “Türkiyə tərəfindən alınmış informasiya göstərir ki, Khashoggi işi ilə bağlı şübhəlilər bu hərəkəti əvvəlcədən planlaşdırılmış niyyətlə ediblər”.

Səudiyyənin mövqeyindəki bu kəskin dəyişiklikdən az əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel-in Türkiyəyə səfəri zamanı qətlin sübutu olduğu iddia edilən səs yazısını dinlədiyi barədə xəbər verilmişdi.

Haspel Türkiyəyə fakttoplama missiyasına gəlib və oktyabrın 25-də Khashoggi araşdırması barədə prezident Donald Trump-a məruzə etməlidir.

Bundan başqa oktyabrın 24-də Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman bu qətli “ürəkbulandıran” adlandırmış və ədalətin üstün gələcəyini vəd etmişdi. Bu onun Khashoggi-nin qətli ilə bağlı ilk bəyanatı idi.

Şahzadə bu qətllə əlaqədar güclü beynəlxalq tənqidlə üzləşib və bir çox rəsmilər onun Khashoggi-nin öldürülməsindən xəbərdar olduğunu iddia ediblər. Bəziləri isə hətta bu qətlin Səudiyyə agentləri tərəfindən şahzadənin əmri ilə törədildiyini iddia edirlər.

Bu arada Human Rights Watch bildirib ki, Khashoggi-nin oğlu Salah və onun ailəsi onların üzərindəki səfər qadağanı qaldırıldıqdan sonra Səudiyyə Ərəbistanını tərk ediblər.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika direktoru Sarah Leah Whitson deyib: "Salah və onun ailəsi hazırda təyyarə ilə Vaşinqtona uçurlar”.

XS
SM
MD
LG