Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 10:09

Səudiyyədəki hakimiyyət mübarizəsi neftin qiymətini 70 dollara qaldıra bilər


CNBC saytında enerji təhlilçisi Tom DiChristopher yazır ki, Səudiyyə Ərəbistanında son onilliklərin ən böyük siyasi silkələnməsinin ardınca neft qiymətlərinin 70 dollara çatması ehtimalı, qiymətin təkrar 50 dollara dönüşündən daha böyükdür.

Məqaləıdə deyilir ki, ötən həftəsonu Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın göstərişi ilə bir neçə şahzadə və nazirlər həbs edildikdən sonra neftin qiyməti 2015-ci ilin ortalarındakı səviyyəyə yüksəlib.

Rəsmi Riyad həbsləri antikorrupsiya tədbirləri kimi qələmə versə də, təhlilçilərin fikrincə repressiyadan məqsəd vəliəhdin hakimiyyətinin möhkəmləndirilməsidir.

Bu da qeyd edilir ki, son üç ilin aşağı neft qiymətləri Səudiyyə büdcəsini “qurutmuşdu”, indi isə Bin Salmanın hakimiyyətinin möhkəmlədirilməsi naminə iqtisadi artım üçün qiymətin qalxması mühümdür.

Seaport Global Securities enerji ticarəti firmasının direktoru Roberto Friedlander bildirib ki, “Sədiyyə situasiyası neft qiymətinin 50 dollara düşməzdən əvvəl 70 dollara çatacağı deməkdir”.

CNBC yazır ki, tezliklə kral olacağı gözlənilən Bin Salman ölkə iqtisadiyyatını transformasiya etməklə iqtisadi artım yaratmağa can atır.

Bundan başqa Səudiyyə dövlət neft şirkəti Aramco-nun səhmlərinin bir hissəsini gələn il satışa çıxarmağı planlaşdırır. Səhm qiymətlərinin sabitliyi üçün neft qiymətlərinin sabitliyi zəruridir.

Səudiyyə OPEC və başqa neft ixracatçıları ilə birlikdə qiymətin yüksəldilməsi məqsədilə hasilatın ixtisarı proqramına başçılıq edir.

Friedlander deyib ki, “səudlar sadəcə olaraq neft qiymətlərinin 50 dollara dönüşü riskinə yol verə bilməzlər”.

Brent markasından olan neftin bir barrelinin qiyməti noyabrın 6-da 62, 90 dollara çatıb.

Lakin Barclays firmasından enerji bazarları eksperti Michael Cohen deyib ki, OPEC-in hasilatın ixtisarına dair razılaşmanın mart ayınadək uzadılması haqqında qərarının bu ay qəbul olunacağını söyləmək hələ çox tezdir.

Bin Salman hasilat ixtisarı müddətinin uzadılmasına hazır olduğunu bildirsə də, Vladimir Putin vəziyyətə mart ayında baxacağını söyləyib.

Cohen yazır ki, hasilat ixtisarı müddətinin uzadılması təkcə Səudiyyə və ya OPEC-dən asılı məsələ deyildir.

Ekspertin fikrincə, Rusiyanın razılığı olmadan Səudiyyə hasilat ixtisarına sadiq qalmayacaq.

XS
SM
MD
LG