Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:13

Səudiyyə və BƏƏ ilk dəfə olaraq Əlavə Dəyər Vergisinin tətbiqinə başlayıb


Dubayda mağaza
Dubayda mağaza

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri yanvarın 1-dən ilk dəfə olaraq Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə başlayıb.

Dövlət gəlirlərini artırmağa hesablanmış yeni qaydalara görə əksər malların və xidmətlərin dəyərinə5 faizlik vergi əlavə olunur. ƏDV ərzağa, geyim əşyalarına, elektronikaya və benzinə, habelə işıq və su ödənişlərinə, mehmanxana bronlamasına tətbiq olunacaq.

Bəzi xidmətlər güzəşt edilərək ƏDV-dən azad olunub və ya onlara 0 faiz ƏDV əlavə olunub. Bunlar səhiyyə, maliyyə xidmətləri və ictimai nəqliyyatdır.

Birləşmiş Ərəb Əmirliklərinin hesablamalarına görə ƏDV elə ilk ilində dövlətə 12 milyard dirhəm (3, 3 milyard dollar) əlavə gəlir gətirəcək.

Səudiyyə rəsmiləri bildirirlər ki, ƏDV-dən əldə olunan vəsait infrastruktur və inkişafa xərclənəcək.

Beynəlxalq Valyuta Fondu, habelə başqa beynəlxalq təşkilatlar Körfəz ölkələrini gəlirlərini sırf neft üzərində qurmamağa çağırırdılar.

Səudiyyədə dövlət gəlirində neftin payına 90 faiz düşür. BƏƏ-də bu rəqəm 80 faizdir.

Hər iki ölkə artıq dövlət büdcə gəlirlərinin artırılması üçün başqa tədbirlər də həyata keçirib.

Məsələn Səudiyyədə bunu tütün məmulatı və sərinləşdirici içkilər üzərinə ƏDV qoymaq və əhaliyə verilən bəzi subsidiyaları dayandırmaq hesabına ediblər. BƏƏ-də yol vergisi artırılıb və turizm vergisi tətbiq olunub.

Lakin bu ölkələr gəlir vergisi tətbiq etməyi planlaşdırmırlar.

Körfəz Əməkdaşlığı Şurasının başqa üzvləri – Bəhreyn, Küveyt, Oman və Qətər də ƏDV tətbiqinə hazırlaşırlar və ya bunu 2019-cu ilədək təxirə salıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG