Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:17

Sarkisyanın qardaşının ailəsinə qarşı ağır ittiham


Prezident Serj Sarkisian (sağda) qardaşı Levi təltif edir. 2016

Ermənistanın Dövlət Gəlirləri Komitəsi keçmiş prezident Serj Sarkisyanın qardaşı Lev Sarkisyanın ailə üzvlərinə qarşı cinayət işi qaldırıb.

Bu haqda Azadlıq Radiosunun Ermənistan xidməti xəbər yayıb.

Cinayət işi qanunsuz varlanmaq və külli miqdarda gəlir və əmlakı bəyan etməmək maddəsi ilə açılıb.

Dövlət Gəlirləri Komitəsi bildirir ki, "GLG Project" şirkətinə qarşı "məqsədli müflislik" və "vergidən yayınma" maddələri üzrə aparılan ilkin istintaq zamanı büdcəyə 800 milyon dram (1,6 milyon dollar) qaytarılıb.

Şirkətin səhmdarı Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı banklara onun öz adına, eləcə də atası Lev Sarkisyanın və bacısı Ani Sarkisyanın adına 7 milyon dollara yaxın əmanət qoyulması haqda sazişlər aşkar edilərək götürülüb.

İstintaq orqanı bildirir ki, Lev Sarkisyan 2017-ci ildə səfir vəzifəsində çalışdığı üçün bu barədə gəlir bəyannaməsi təqdim etməli idi. Amma o bunu etməyib.

Buna da bax: Keçmiş prezident Sarkisyanın qardaşı həbsdən azad olunub

Bir müddət əvvəl isə keçmiş prezident Sarkisyanın başqa qardaşı - Aleksandr qanunsuz silah saxlamaq ittihamı ilə saxlanmışdı.

Amma az sonra azad edilmişdi. .

Bu da qeyd olunur ki, daha çox Saşik kimi tanınan 62 yaşlı Aleksandr Sarkisyan 2003-2011-ci illərdə Ermənistan Milli Məclisinin üzvü olub.

Media onun adını çoxsaylı bizneslərlə bağlayır.

Azatutyun bunu da xəbər verir ki, iyunun 25-də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mühafizə rəisi general-mayor Vaçaqan Kazaryan həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG