Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:03

Serj Sarkisyan Paşinyanın ‘çəkic’ hədəsinə cavab verir


Nikol Paşinyan Sünikdə çəkiclə çıxış edərkən
Nikol Paşinyan Sünikdə çəkiclə çıxış edərkən

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir əvəzi Nikol Paşinyanın 20 iyun parlament seçkisi öncəsi siyasi opponentlərinə çəkic göstərməsini pisləyib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Sarkisyan onun rəhbərlik etdiyi blokun istənilən zorakılığa sərt müqavimət göstərəcəyini deyib.

Bundan əvvəl Sarkisyan Ermənistanın şimalındakı Vanadzor şəhərində apardığı seçki kampaniyasında Paşinyanı hakimiyyətdə qalmaq naminə vətəndaş müharibəsi başlatmağa “hazır olmaqda” ittiham etmişdi.

Nikol Paşinyan son günlərdə keçirdiyi mitiqnlərdə əlindəki çəkici yelləməklə çıxış edir. O bəyan edir ki, çəkic hakimiyyətin əldə edəcəyi “polad mandatı” simvolizə edir:

“Seçkidən dərhal sonra sizinçün gələcəyik. Sonra deməyin ki, sizə xəbərdarlıq etməyiblər”.

Sarkisyan Vanadzorda keçirdiyi mitinqdə buna cavab olaraq deyib:

Onun əlində nə olduğunu görürsünüz, eləmi? Məncə o istəyir ki, kimsə bu çəkici onun əlindən alıb başına vursun. Bəlkə ondan sonra bunun nə olduğunu başa düşər”.

Paşinyanın “polad inqilabına” qarşı

Keçmiş prezident deyib ki, onun komandası Paşinyanın hədələrindən qorxmur:

“Mən görüşlərimdən birində demişdim ki, biz onun “polad inqilabına” daha bərk metaldan hazırlanmış qalxanla cavab verməli, o biri əlimizdə isə bizə çəkiclə yaxınlaşanların başına vurmaq üçün dəyənək saxlamalıyıq. Başqa yol yoxdur. Nə edə bilərik ki...”

Paşinyan iyunun 15-də Sünik vilayətində etdiyi çıxış zamanı da əlindəki çəkici nümayiş etdirirdi.

O Sünik vilayətinin əksər kənd və şəhərlərinin seçkili merlərini tənqid etmişdi. Bu merlər 44 günlük müharibədən sonra Paşinyanın istefasını tələb edirdilər. Paşinyan Sisyanda çıxış edərkən əlindəki çəkicə işarə ilə demişdi:

“Baxın biz bununla bu paslanmış mismarları, müxtəlif bələdiyyələrdə dəstə bağlayan ədabazları çıxaracağıq. Biz bunu, elə bura da daxil, çox yerlərdə edəcəyik”.

Sarkisyanın “qapalı” kampaniyası

Azatutyun yazır ki, baş nazirə “meydan oxuyan” bələdiyyələrin bir çoxu Robert Koçaryanın müxalif alyansı ilə bağlıdır.

Nikol Paşinyan aprel ayında Sünikə səfər edərkən etirazçıların təhqir və lağlağısı ilə üzləşmişdi.

Baş nazir əvəzi bu dəfə Sünikə yüzlərlə maşından ibarət karvanla gəlmişdi. Bu səfəri zamanı onu çoxsaylı tərəfdarları da müşayiət edirdilər.

İki keçmiş prezidentin rəhbərlik etdiyi müxalifət blokları Paşinyanın əsas seçki rəqibidir.

Lakin 2018-ci ildə Paşinyanın “məxməri inqilabı” ilə devrilmiş Serj Sarkisyan baş nazirliyə namizədlərin arasında yoxdur. Buna baxmayaraq o, müxalif “Xidmətinizdəyəm” blokunda mərkəzi rol oynayır.

Başqa qruplardan fərqli olaraq bu blok tərəfdarları ilə görüşlərini yalnız qapalı zallarda keçirir. Bu iclaslar barədə əvvəlcədən xəbər verilmir.

Jurnalistlərə yığıncaqlarda iştirak etmək imkanı verilmir.

Bunun əvəzində “Xidmətinzidəyəm” bloku Sarkisyanı və Vanetsyanı Yerevan küçələrində gəzib seçicilərlə söhbət edərkən görüntüləyən videolar yayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG