Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:08

Sarkisyan Moskvada Putinlə görüşüb


Ermənistan və Rusiya prezidentləri noyabrın 15-də Moskvada görüşüblər
Ermənistan və Rusiya prezidentləri noyabrın 15-də Moskvada görüşüblər

Moskvaya erməni mədəniyyəti günlərinin açılışında iştirak etmək üçün yollanan Ermənistan prezidenti Serj Sarkisyan prezident Vladimir Putinlə görüşündən sonra iki ölkə arasındakı sıx bağları bir daha alqışlayılb.

Sarkisyan noyabrın 15-də deyib ki, “Rusiya-Ermənistan əməkdaşlığının inkişafı bütün sahələrdə özünü büruzə verir”.

Ermənistan prezidenti deyib: “Bizim xalqlarımız arasında mədəniyyət, təhsil və elm sahəsində sıx əlaqələr bizim üçün xüsusilə böyük əhəmiyyət daşıyır”.

Kremlin yaydığı bəyanatda deyilir ki, iki lider “iki ölkə arasında siyasi və iqtisadi, habelə təhlükəsizlik və humanitar əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər”.

Qarabağın adı çəkilməsə də...

Putinlə Sarkisyanın görüşündə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında noyabrın 16-da Moskvada keçiriləcək danışıqlar barədə heç bir rəsmi açıqlama verilməyib.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov buradaATƏT-in Minsk qrupunun iştirakilə Dağlıq Qarabağa dair müzakirə aparacaqlar.

Məmmədyarov Bakıdan Moskvaya yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, “Azərbaycan yalnız danışıqlar xatirinə danışıqların aparılmasını istəmir və rəsmi Bakı konkret nəticələr tələb edir”.

Rusiya xarici işlər nasiri Sergey Lavrovun gələn həftənin əvvəllərində Ermənistan və Azərbaycana səfər edəcəyi gözlənilir.

Bu səfərin rəsmi səbəbi kimi Rusiya ilə müstəqil Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü göstərilir.

Lakin Rusiyanın TASS xəbər agentliyi bildirib ki, Lavrov Yerevanda və Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır.

Sergey Lavrov TASS agentliyinə deyib: “Biz müəyyən etməyə çalışacağıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra, Dağlıq Qarabağ münaqişəsinin çözümü cəhdlərində indi hansı mərhələdəyik”.

Oktyabrın 16-da İsveçrədə görüşləri zamanı Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyev Dağlıq Qarabağ sülh prosesini canlandırmağı və münaqişə zonasında atəşkəs rejimini möhkəmləndirməyi vəd etmişdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG