Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:09

Deyəsən, Serj Sarkiyan da yenidən məhkəmə qarşısına çıxarılacaq


Serj Sarkisyan
Serj Sarkisyan

Ermənistanın Baş Prokurorluğu sentyabrın 17-də bildirib ki, Yerevan məhkəməsinin keçmiş prezident Serj Sarkisyanın korrupsiya ittihamına xitam vermiş qərarından apellyasiya şikayəti verilib.

Sarkisyanın özü bu ittihamı “siyasi motivli” adlandıraraq qəbul etmirdi.

Keçmiş prezident barəsində ittihama xitam mayın 31-də, onun ilk məhkəmə dinləməsindən 4 il sonra verilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, prokurorlarıın niyə apellyasiya üçün 3 ay gözləməsinin səbəbləri məlum deyil.

Dotasiyalı dizel yanacağı

Ermənsitanın 2008-2018-ci illərdə prezidenti olmuş Serj Sarkisyan 2013-cü ildə köhnə dostu, iş adamı Barseq Barseqyana sərfəli biznes şəraiti yaratmaqda ittiham olunurdu. Prokurorlar deyirdilər ki, Barseqyana verilmiş imtiyazlara görə dövlət büdcəsi 1 milyon dollar itirib.

İttihamnamədə deyilirdi ki, fermer təsərrüfatlarının dotasiyalı dizel yanacağı ilə təchiz olunması üçün kontrakt Barseqyanın Flash şirkətinə qanunsuz tender vasitəsilə verilib. Halbuki ona rəqib başqa şirkət yanacağı daha ucuz qiymətlə təklif edirdi.

Keçmiş prezident isə iddia edir ki, tender ədalətli keçirilib. Onun sözlərinə görə Kənd Təsərrüfatı Nazirliyinin qoyduğu kriteriyalara yalnız Flash şirkəti tam cavab verirdi.

Paşinyanın ondan qisas aldığını deyir

Sarkisyan bunu da iddia edirdi ki, o və dostu Barseqyan Nikol Paşinyanın qisas hədəfinə çevrilib.

2018-ci ildə Paşinyanın başçılıq etdiyi kütləvi aksiyalar nəticəsində Sarksiyan prezident vəzifəsindən istefa verməli olmuşdu.

70 yaşlı Sarkisyan ittiham müddətinin bitməsi formatından imtina etmiş və onun barəsində ittihama adi qaydada xitam verilməsini tələb etmişdi. O məhkəmənin qərarına görə hətta təqsirli bilinsə belə həbsxana cəzası almayacaqdı.

Sarkisyan vəzifəsindən istefa etsə də, siyasət meydanından çəkilməyib. O ölkə parlamentində təmsil olunan iki müxalifət partiyasından birinə - Respublika Partiyasına liderlikdə davam edir.

Bu partiya parlamentdə “Şərəfim var” adlı fraksiya ilə təmsil olunur.

XS
SM
MD
LG