Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

Sarkisian Avrasiya İttifaqından narazıdır


“Qeyd edilən nəaliyyətlərlə yanaşı, vahid iqtisadi məkanın tam fəaliyyətini əngəlləyən problemlərə də nəzər salmaq lazımdır”.

Bunu Ermənistan prezidenti Serzh Sarkisian Avrasiya İqtisadi Birliyi şurasının Sankt-Peterburq sammitində deyib.

Nəaliyyətlərə gəldikdə Sarkisian qarşılıqlı ticarətdə azalmanın səngidiyini, sənaye və kənd təsərrüfatı sahələrində istehsal sürətinin artdığını göstərib.

Amma qeyd edib ki, Avrasiya İttifaqı hələ də sosial-iqtisadi problemlərə lazımınca reaksiya verə bilmir.

Sarkisian xüsusilə biznes gözləntiləri, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, inteqrasiya sahələrində hələ də problemlər olduğunu vurğulayıb və bu məsələləri bütün tərəflərin iştirakı ilə müzakirə etməyə çağırıb.

“Bir sözlə ciddi irəliləyişə baxmayaraq, bir çox məsələlər hələ də açıq qalır” deyə o bildirib.

Amma Sarkisian ikigünlük sammit zamanı yeni kömrük kodeksinin imzalanmasını müsbət qiymətləndirib və bunun gələcək inteqrasiya istiqamətində mühümm addım olduğunu bildirib.

Avrasiya İttifaqına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG