Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:11

Sarkisian-ın dedikləri statistika ilə uyuşmur


Serzh Sarkisian
Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian hakim “Respublika partiyası”nın noyabrın 26-da keçirilən qurultayında əhalinin rifahının yüksəldiyini deyib.

Söhbət son 9 ildə ölkənin sosial-iqtisadi mənzərəsindən gedir.

AzadlıqRadiosunun Ermənistan xidməti statistik məlumatları araşdırdıqdan sonra bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Milli statistika xidmətinin məlumatına görə, 2007-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 26,5 faiz olduğu halda, bu prezident Serzh Sarkisianın dövründə 30 faizə qalxıb.

Belə çıxır ki, hazırda hər 3 Ermənistan vətəndaşından 1-i kasıbdır.

Mənbə yazır ki, son 8 il ərzində təxminən 50 min Ermənistan vətəndaşı işsiz qalıb, hansı ki, Sarkisian onların rifahının yaxşılaşdığını düşünür.

Belə ki, 2007-ci ildə ölkədə işsizliyin səviyyəsi 18,1 faiz idisə, 2015-ci ildə bu 18,5 faizə qalxıb.

Milli Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildən sonra Ermənistanın dövlət borcu 2,5 dəfədən də çox artıb. Yəni 1,9 milyard dollardan 5 milyard dollara çatıb ki, bu adambaşına 1700 dollar borc deməkdir.

Mənbə yazır ki, son 8 il ərzində ölkədə ümumdaxili məhsulun da həcmi azalıb.

Belə ki, Sarkisianın prezidentliyinin birinci ilində ümumdaxili məhsul 11,9 milyard dollar səviyyəsində olduğu halda, 2015-ci ildə 1,4 milyard azalaraq 10,5 milyard dollara düşüb.

Minimum ehtiyac zənbilinə gəldikdə isə, bu 2007-ci ildə təxminən 47, 2015-ci ildə isə 118 dollar olub.

Sarkisian isə çıxışında pensiyaların xeyli artdığını, 87 dollara çatdığını deyib.

Amma mənbə, Sarkisianın hakimiyyəti dövründə pensiya və əməkhaqları ilə yanaşı enerji sektorunda da tariflərin xeyli artdığını vurğulayır.

Belə ki, 2007-ci ildə 1 kw elektrik enerjisinin qiyməti təxminən 25 dram( 0.05201 sent ) olduğu halda, 2015-ci ildə 48 dram (0.09985 sent), 1 kubmetr qazın qiyməti 59 dram (0.12274) , 2015-ci ildə isə 146 dram (0.30372 sent) olub.

Belə çıxır ki, 2007-ci ildə orta hesabla 74 min dram (154 dollar) maaaş alan vətəndaş,2015-ci ildə 150 min dram (312 dollar) alan vətəndaş qədər elektrik enerjisi ala bilərmiş.

Mənbə sonda rəsmi məlumatlara istinadla yazır ki, 2007-ci ildən ölkəni tərk edən təxminən 335 min vətəndaş ölkəyə dönməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG